Draqana Filipoviç: “Seçki sahəsində Azərbaycanda böyük irəliləyiş əldə olunub”
Tarix: 08.12.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


“Avropada yerli özünüidarəetmə orqanlarına etimad azalır. Hazırda Avropada yerli özünüidarəetmə orqanlarına etimad 50 faiz təşkil edir. Ona görə də Avropa Şurası yerli və regional idarəetmə orqanları ilə əlaqələri gücləndirməyə çalışır”.
Bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda keçirilən informasiya sessiyasında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç deyib. D. Filipoviç bildirib ki, Avropa Şurası seçki qanunvericiliyi ilə bağlı Venesiya Komissiyasının tövsiyələrinə diqqətlə yanaşır: “Venesiya Komissiyası standartları müəyyən edir və tövsiyələr verir. Venesiya Komissiyası 2008-ci ildə Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair tövsiyə verib. Seçki sahəsində Azərbaycanda çox böyük irəliləyiş əldə olunub, ancaq hər zaman bu sahədə təkmilləşdirmə işləri aparılmalıdır”. D. Filipoviç qeyd edib ki, seçki mübahisələri bütün ölkələrdə baş verir: “Bütün hallarda önəmli olan odur ki, seçki bir günlük məsələ deyil, bir prosesdir. 3 mərhələ – seçkiqabağı, seçki günü və seçkidən sonrakı mərhələlər var. Bütün bu mərhələlərdə şəffaflıq təmin olunmalı, namizədlərin mediaya çıxışına şərait yaradılmalıdır. İnsan Hüquqları Protokolunda göstərilir ki, seçki komissiyaları bitərəf, obyektiv olmalıdır, hər hansı dövlət orqanlarının, siyasi partiyaların göstərişi ilə fəaliyyət göstərməməlidir. Seçki komissiyaları tam neytral olmalıdır”. D. Filipoviç Azərbaycan və Avropa Şurası arasında 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planı həyata keçirildiyini söyləyib: “Fəaliyyət Planında seçki qanunvericiliyinin beynəlxalq standartlarına uyğun olması, seçki mübahisələrinin seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun həlli də əksini tapıb. Mən ilk növbədə seçkilərin demokratik keçirilməsini arzu edirəm”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info