ABŞ-da polislə etirazçıların qarşıdurması səngimir
Tarix: 08.12.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Hüquq mühafizə orqanı işçiləri bazar günü axşam Oklend şəhərində (Kaliforniya ştatı) qaradərili amerikalıların ölümünə səbəb olan polis işçilərinə bəraət qazandıran məhkəmə qərarlarına etiraz əlaməti olaraq keçirilən nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
CNN telekanalı xəbər verir ki, qarşıdurma nümayişçilərin şəhərdəki iri avtomobil magistralını bağlamasından sonra yaşanıb. Polis nümayəndələri etirazçıların onlara qarşı partladıcı maddələrdən istifadə etdiyinə görə bu vasitəyə əl atmağa məcbur olduqlarını deyirlər.
ABŞ-da etiraz aksiyaları bu ilin avqust ayında, ağdərili polis Darren Uilsonun Ferqüson şəhərində 18 yaşlı silahsız qaradərili Maykl Braunu güllə ilə vurub öldürməsindən sonra başlamışdı. Məhkəmənin Uilsonu məsuliyyətə cəlb etməmək barədə qərarı vəziyyəti bir qədər də gərginləşdirmişdi.
Noyabrın axırında isə Nyu-York məhkəməsi iyul ayında silahsız Afrika əsilli amerikalının ölümünə səbəb olmuş ağdərili polisə bəraət qazandıran daha bir qərar çıxarıb. Bu qərar ölkədə yeni etiraz dalğasının baş qaldırmasına səbəb olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
ABŞ İranın pilotsuz uçuş aparatını vurub
18.07.2019
ABŞ Meksika ilə sərhədə əlavə hərbçilər göndərdi
18.07.2019
İsmail Dəmir ABŞ-nın “F-35”-lərlə bağlı qərarına münasibət bildirib
18.07.2019
Türkiyədə gəmidə güclü yanğın baş verib
18.07.2019
İran Xəzər dənizinə hərbi gəmilər buraxacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info