MSK sədri: “Bütün seçki məntəqələri bələdiyyə seçkilərinə hazırdır”
Tarix: 08.12.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda İcra Hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün informasiya sessiyası keçirilir. Sessiyada Prezident Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov, MSKsədri Məzahir Pənahov, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç iştirak edir.
MSK sədri M. Pənahov regionlarda bu qəbildən iki sessiya keçirildiyini, Bakıda keçirilən sessiyanın sonuncu olduğunu söyləyib. O bildirib ki, bələdiyyə seçkilərinə marağın çox olduğu müşahidə edilir: “Bu gün 37 min 100 nəfərdən çox namizədin adı bülletenlərə daxil edilib. Bu, keçən bələdiyyə seçkilərindəki namizədlərdən 7 min nəfər artıqdır. Keçən il hər bələdiyyə üzvlüyünə 2 namizəd vardısa, bu il orta hesabla 2,5 namizəd var. Nəzərə alsaq ki, bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, deməli, bələdiyyə seçkilərinə maraq yüksəkdir. 300 nəfərə qədər namizəd qeydə alınandan sonra namizədlikdən imtina edib. Namizədliklə bağlı müraciət edənlərin 99 faizi qeydə alınıb”. M. Pənahov qeyd edib ki, səsvermə zamanı seçicilərə və onların nümayəndələrinə hansısa maneçilik törədilməyəcək: “İndiyə qədər 10 minə qədər müşahidəçi qeydə alınıb. Hər məntəqə üzrə 3 müşahidəçinin olacağı gözlənilir. Ümumilikdə 30 partiyanın üzvü bələdiyyə üzvlüyünə namizəddir. Artıq bütün seçki məntəqələri, dairə seçki komissiyaları seçkiyə hazırdır. Bu sahədə Avropa üçün nümunə ola bilərik. Azərbaycanda seçkilərdə müşahidəçi və digər statusla iştirak edən qonaqlar da bunu təsdiqləyirlər. Bizim yeganə narahat ola biləcəyimiz məqam seçicilərin aktiv iştirakıdır. Bu sahədə maarifləndirici işlər aparılır, seçicilər seçkidə aktiv iştirak etməyə çağırılır. Biz seçicilərin seçkidə aktiv iştirakı üçün bundan sonra da əlimizdən gələn işləri görəcəyik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info