“Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub”
Tarix: 08.12.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova konkret cinayət əməlində şübhəli bilinib və məhkəmənin qərarı ilə həbs olunub”.
Bu sözləri “AzərTAc”a açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Əli Həsənov deyib: “Respublika Baş Prokurorluğunun açıqlaması onun həbsində hər hansı siyasi motivi istisna edir. Buna görə də bəzi yerli və xarici dairələrin, təşkilatların məsələ ilə bağlı səsləndirdikləri bəyanatlar qərəzlidir, əsassızdır və bir mərkəzdən idarə olunan proses təəssüratı bağışlayır. Düşünürük ki, bu siyasiləşmiş bəyanatlar həm də hüquq mühafizə orqanları tərəfindən Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu işlə bağlı obyektiv istintaqın həyata keçirilməsinə təzyiq xarakteri daşıyır.
Hüquqi, demokratik dövlət olan Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və məlumat azadlığı, hər bir vətəndaşın sərbəst şəkildə öz fikirlərini ifadə etmək hüququ tam təmin edilib. Azərbaycanda mövcud qanunlar çərçivəsində fəaliyyətinə, siyasi baxışlarına, fikirlərinə görə heç bir jurnalist həbs olunmur və bundan sonra da həbs olunmayacaq”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info