Erməni terroru ilə bağlı yeni kitab nəşr edilib
Tarix: 08.12.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi və Azərbaycan Turizm İnstitutunun baş müəllimi Əliyev Zaur Bilal oğlunun "Qarabağ-Diaspor,Soyqrım və Terror" adlı sayca 7-ci kitabı Avropa nəşriyyatı tərəfindən 450 səhifə həcmində çap ediılib. Kitabın ön sözün müəllifi Avropa Mədəniyyət və Cəmiyyət Mərkəzi Strasburq universitetinin Türk tədqiqatları şöbəsinin müdiri Stefan de Tapia, elmi redaktoru fəlsəfə elmləri doktoru Rəna Mirzazadə, rəyçilər AVCİYA- təşkilatının I vitse Prezidenti Vəli Əlibəyov, KarabakhİNFO.com beynəlxalq elektron jurnalın baş redaktoru, yazar Zaur Gariboghlu və “Xəzər” Azərbaycan İsveç Dostluq Cəmiyyətinin sədri Leila Kianidir. AVCİYA-Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və KarabakhİNFO.com beynəlxalq elektron jurnalın maliyyə dəstəyi ilə nəşr edilən kitabda Dağlıq Qarabağın tarixi, işğal olunan rayonların tarixi, erməni terrorizmi, diaspor siyasəti, regional əməkdaşlıq, Xocalı soyqırımı, 31 mart soyqrımı, deportasiya, əsasız erməni iddiaları, erməni terror təşkilatları, böyük dövlətlərin siyasəti, geosiyasət və digər məsələlər öz əksini tapıb. Tarixən Rusiya dövlətinin ermənilərə olan himayədarlıq mövqeyi və bunun nəticəsində onların azərbaycanlılara qarşı mübarizə aparmalarına və hətta azərbaycanlıların öz doğma yerlərindən çıxarılması məsələri də kitabda tədqiq edilib.
Kitab yuxarıda qeyd edilən məsələləri qismən də olsa açıqlayaq və indiki Ermənistan ərazisində yaşamış Azərbaycan turklərinin iki əsrlik faciəsini və Dağlıq Qarabağda və digər rayonlarda azərbaycanlıların başına gətirilən faciələri dünya ictimaiyyətinin üzərinə çatdırmaq məqsədinə xidmət edir.
Kitabda Ermənistan Azərbaycan torpaqlarının işğal etməsinin beynəlxalq hüquqi analizi edilir,siyasi və tarixi yanaşma göstərilir. Kitabda eyni zamanda tarixi sənədlər əsasında Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, “böyük Ermənistan” əfsanəsinin yaradılması, Qərb və Rusiyanın təsiri, İran, Türkiyə, Fransa kimi dövlətlərin problemlə yanaşması araşdırılır. Erməni əsiriliyində olan azərbaycanlılara münasibət, terrorçu ermənilər,onların məkrli planları, digər terrorçu təşkilatlarla əməkdaşlığı kimi məsələlərə ətraflı toxunulur. Azərbaycan diasporunun fəaliyyəti, lobbiçilik və türk diasporları arasında əməkdaşlıqda kitabda araşdırlan istiqamətlərdəndir.
Qeyd edək ki, müəllif Ağdam rayonunda anadan olub, Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” fakültəsində bakalavr və magistr, AMEA-da siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktoranturada təhsil alıb. “Beynəlxalq münasibətlərdə diasporların rolu”. Bakı: Nurlan, 2001, 150 s., “Dünya diasporları” Bakı: Qismət, 2005,349 s., “Diaspor: izahlı sözlük və məlumat kitabı” 2007, “Yurd”, 376 s., və Türkdilli xalqların diasporları. Bakı, “Adiloğlu”, 296, “Beynəlxalq münasibətlər prosesində Azərbaycan diasporu və soyqrım” Bakı, «Avropa»nəşriyyatı 2014. 156 s. Kitablarının müəllifidir. Hazırda KarabakhİNFO.com beynəlxalq elektron jurnalda baş redaktorun I müavinidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info