Əli Şəfiyev: “Dağlıq Qarabağın işğalı orada cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb”
Tarix: 08.12.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Azərbaycan üçün narkotiklərin qanunsuz dövriyyəsində son illər müşahidə olunan artım tempi həm xarici, həm də daxili amillərlə bağlıdır. Bunu “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini Әli Şəfiyev deyib.
Nazir müavininin sözlərinə görə, xarici amillər sırasında ən birinci Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlamaqla beynəlxalq hüquq normalarını və prinsiplərini pozan Ermənistanın milli təhlükəsizliyimiz üçün doğurduğu təhdidlər qeyd olunmalıdır: "Ermənistan tərəfindən Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərimizin Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilməsi həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən narkotik vasitələrin becərilməsi, qanunsuz dövriyyəsi və digər cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb. Narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaradan digər mühüm xarici amil Azərbaycanın geostrateji mövqeyi, şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsidir. Həm bu mövqe, həm də ölkəmizin həyata keçirdiyi regional əhəmiyyətli layihələr və çoxtərəfli inteqrasiya meyilləri cinayətkar birliklərin diqqətini bölgəyə cəlb edir".
Ә.Şəfiyev deyib ki, əlverişli geostrateji mövqeyə malik olan, iqtisadi baxımdan inkişaf edən Azərbaycan üçün də mütəşəkkil cinayətkarlıqla mübarizə çox aktualdır. Bu baxımdan narkotiklərin qaçaqmalçılığı və və tranzit daşınmaları ilə mübarizədə səylərin birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir: "Son illər narkotiklərin yayılma coğrafiyası və əhatə etdiyi kontingent xeyli genişlənib, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayı əvvəlki dövrlərlə müqayisədə artıb. Yaranmış acınacaqlı vəziyyət bütün dünyada, eləcə də ölkəmizdə təcili və təzirəsalınmaz tədbirlərin görülməsini zəruri edir".
Nazir müavini qeyd edib ki, son illər uğurlu əməliyyat tədbirləri nəticəsində ölkədə narkotiklərin qanunsuz dövriyyəsi cəhdlərinə qarşı mübarizə işi daha da güclənib:
“Әgər 2004-cü ildə MTN tərəfindən cəmi 25 kq narkotik vasitə götürülmüşdüsə, 2010-cu ildə bu rəqəm 1 ton 183 kq-a çatıb. Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə daşınması kanalları aşkarlanıb, bir neçə qrup və ayrı-ayrı şəxslər məsuliyyətə cəlb olunublar”.
Ә.Şəfiyev deyib ki, narkomanlıq genofondumuza vurulan ağır bəla kimi qiymətlənir, ona qarşı ardıcıl mübarizə aparılır: "Düşünürük ki, bu dəhşətli bəla nəinki dövlət qurumlarını, ictimai təşkilatları, ümumən cəmiyyəti narahat etməlidir. Bu mübarizə yalnız inzibati metodlarla aparılmalı deyil, tutduğu vəzifə və statusundan asılı olmadan hər kəsin işinə çevrilməlidir. Narkomanlığın doğurduğu təhlükələr hərtərəfli qiymətləndirilməli və ona qarşı mübarizə tədbirləri əlaqələndirilmiş formada aparılmalıdır".
Onun sözlərinə görə, bu gün gənclərin bu bəlaya düçar olmasının başlıca səbəblərindən biri onların bəzi hallarda ailə və cəmiyyətin dəstəyindən kənarda qalmalarıdır. Yaş, təcrübə və başqa səbəblərlə yanaşı, onların zərərli vərdişlərə yoluxmalarında hüquqi biliklərinin aşağı olmasının da təsiri var: "Әlbəttə, cinayətkar şəbəkə və şəxslərin qurbanları olan uşaqlar, gənclər və qadınların hüquqi müdafiəsi, onların reabilitasiyası üçün müalicələri də daxil olmaqla, müvafiq tədbirlərin görülməsi də zəruridir".




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info