Narkomaniya ilə mübarizə üçün gənclərin ictimai fəallığı artırılmalıdır
Tarix: 08.12.2014 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Azərbaycanda narkomaniya ilə mübarizə üçün gənclər arasında ictimai fəallığın, məşğulluğun artırılması çox vacibdir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda narkomanların sayı azdır. Buna baxmayaraq, narkomanlığın qarşısını almaq üçün dövlət tərəfindən bütün tədbirlər həyata keçirilir: "Azərbaycanın bu problemlə mübarizə aparması üçün güclü qanunvericilik bazası mövcuddur". H.Hüseynova deyib ki, ölkədə uşaq və gənclərin, o cümlədən qızların sağlam həyat tərzi sürməsi üçün hər cür şərait yaradılır: "Bununla belə, ölkədə gənclər, o cümlədən qızlar arasında mədəni, ictimai fəallığın, məşğulluğun artırılması çox vacibdir. Asudə vaxtlarının düzgün keçirilməsi onların daha sağlam həyat tərzi sürməsinə və zərərli vərdişlərdən uzaq olmasına gətirib çıxarır".
Onun sözlərinə görə, risk qrupuna daxil olan uşaq və qadınlar arasında maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyətə malikdir: "Bütövlükdə ailənin qorunması üçün sağlam həyat tərzinin olması çox vacibdir. Lakin əfsuslar olsun ki, xüsusilə gənclər, o cümlədən qadınlar zərərli vərdişlərin qurbanıdırlar. Təəssüf ki, bəzən uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər. Bundan başqa, onlar həm də insan alverinin, məişət zorakılığının qurbanına çevrilirlər. Biz narkomaniyaya qalib gəlmək üçün bütün səylərimizi birləşdirməliyik".

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info