Ərəstun Mehdiyevin monoqrafiyasının təqdimat mərasimi keçirilib
Tarix: 08.12.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda (ATİ) tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin “Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının təməl daşı” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Turizm İnstitutunun professor-müəllim heyəti, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları, mətbuat nümayəndələri iştirak ediblər. Giriş sözü ilə tədbiri ATİ-nin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq bu monoqrafiyanın son dərəcə əhəmiyyətli bir məsələyə həsr olunduğunu qeyd edib, onun müasir tarixin öyrənilməsinə verdiyi töhfəni xüsusi vurğulayıb.
Kitab haqqında məruzə ilə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov çıxış edib. O, kitabın yüksək cəhətlərini qeyd edərək, detallı təhlil edib, kitabda işıqlandırılmış tarixi məqamların müstəqil Azərbaycanın həyatında mühüm rol oynadığını göstərib. Qeyd olunub ki, kitabda vurğulandığı kimi, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi və möhkəm iradəsi sayəsində bağlanmış Əsrin müqaviləsi müstəqil Azərbaycan iqtisadiyyatının bünövrəsini təşkil edir. Böyük səylər sayəsində çətinliklərin qarşısı alınıb, Heydər Əliyevin dahiyanə fəaliyyəti sayəsində müstəqil ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən bu müqavilə imzalanıb və reallaşdırılıb. Monoqrafiyada həmin proseslər dərindən tədqiq edilib, ölkənin keçdiyi çətin proses ardıcıl işıqlandırılıb. Əsər Azərbaycanın müasir tarixinə dəyərli bir töhfədir.
Təqdimat mərasimində ATİ-nin İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev, AMEA-nın A.Bakıxanov adına Tarix institutunun şöbə müdiri Qasım Hacıyev, ATİ-nin Tədqiqat və inkişaf şöbəsinin müdiri Xaləddin İbrahimli, ATİ-nin elmi katibi Məhərrəm Zülfüqarlı çıxış edib, kitabın dəyərini bir daha qeyd edib, bu istiqamətdə tədqiqatların davam etdirilməsinə ehtiyac olduğunu bildiribər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info