“Yeni psixoaktiv maddələrin yayılması üçün Azərbaycan ərazisındən istifadəyə cəhdlər mövcuddur“
Tarix: 08.12.2014 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Son illər ərzində narkoişbazlar tərəfindən qadınlardan narkokuryer qismində istifadə edilməsinə cəhd halları nəzərəçarpacaq dərəcədə artıb. Bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Әsgər Abdullayev “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, 1992-ci ildən indiyədək gömrük orqanları tərəfindən narkotik maddələrin qaçaqmalçılığına görə 164 qadın saxlanılıb. Onların 83-ü Azərbaycan vətəndaşı olub.
Ә.Abdullayev bildirib ki, bir çox hallarda qadınların narkotik vasitələr, psixotrop maddələr və onların prekusorlarının qaçaqmalçılığı cinayətlərində iştirakı onların həyat yoldaşları və ya "məşuqları"nın, bəzən də digər qohumlarının narkoman və ya narkotik vasitələrin satışı ilə məşğul olması və həmin şəxslərin narkotikə olan tələbatının ödənilməsi və ya realizasiyasında iştirak etmə ilə bağlı olur. Bəzi hallarda qadınların bu cinayətlərdə iştirakının onların maddi vəziyyətinin aşağı olması və bunu bəzi sosial problemlərinin həlli yolu kimi görməkləri ilə əlaqədar olması müəyyən edilib.
Komitənin sədr müavini qeyd edib ki, müasir dövrdə bütün dünyanı ciddi narahat edən məsələlərdən biri də beynəlxalq və milli siyahılara daxil edilməmiş maddələrdən narkotik vasitə, psixatrop maddə qismində istifadə edilməsidir.
Onun sözlərinə görə, "dizayner narkotikləri", "leqal narkotiklər", "vanna üçün duzlar", "spays" və digər bir sıra adlar altında tanınan bu yeni psixoaktiv maddələr artıq dünyanın bir çox ölkələrində ciddi problem kimi qəbul olunmağa başlayıb: "Buna səbəb bu maddələrin insanların səhhətinə vura biləcəyi ciddi zərər və hətta insan ölümünə səbəb ola bilmə təhlükəsidir. Təəssüflə qeyd olunmalıdır ki, yeni psixoaktiv maddələrin yayılması üçün artıq Azərbaycan ərazisındən istifadəyə cəhdlər mövcuddur".

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər
19.07.2019
Naxçıvan əhalisinin sayı açıqlanıb
18.07.2019
Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info