Ermənistanda kritik hədd: çörək də bahalaşdı
Tarix: 08.12.2014 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Ermənilər dramın ucuzlaşmasına görə 10-12 faiz əlavə kredit borcu ödəyəcəklər

Ermənistanda çörək və un məmulatlarının qiyməti bahalaşıb. Bu barədə ölkənin “Pastinfo.am” nəşri yazıb.
Çörəyin bahalaşmasına unun qiymətlərinin artması səbəb olub. Sonuncu dəfə beynəlxalq bazarda buğda və unun qiymətlərində artım Ukraynadakı böhranla bağlı fevral və mart aylarında qeydə alınmışdı. Xatırladaq ki, belə çətin şəraitdə illərdir ki, əməkhaqqı ala bilməyən “Nairid” zavodunun fəhlələri bu gün səhərdən yenə etiraz aksiyalarına başlayıblar. Onlar bildirirlər ki, əməkhaqqı vermək əvəzinə hətta bir çoxlarını da işdən qovurlar.
Ermənistan cəmiyyətinin başqa bir bəlası isə, qadınlara qarşı zorakılıq hesab olunur. Bunu da bugünkü mətbuat konfransında BMT-nin Ermənistandakı koordinatoru Henriett Arens bildirib. Onun sözlərinə görə, təkcə 2014-cü ilin yanvar-avqust aylarında 1500 qadın zorakılığa məruz qalıb. Vəziyyəti ağırlaşdıran problemlərdən biri də Rusiyadan gələn pulların azalmasıdır. Ermənistan Mərkəzi Bankı xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bank sistemi ilə Rusiyadan bu ölkəyə gələn pullar ötən ilə nisbətən 4,4 faiz azalıb.
Qeyd edək ki, Ermənistana xaricdən pul köçürmələrinin 83,6 faizi Rusiyadan gəlir. Bu pul (1,6 milyard dollar) Ermənistanın ümumdaxili məhsulunun 15,4 faizidir.
Digər tərəfdən rus rublunun qiymətdən düşməsinə paralel olaraq erməni dramının da dəyərsizləşməsi əhalinin sosial vəziyyətinə təsir edir. Dollarla kredit götürənlər daha narahatdırlar. Onlar dramın ucuzlaşmasına görə 10-12 faiz əlavə kredit borcu ödəməlidirlər.
Xatırladaq ki, bir müddət öncə erməni iqtisadçı ekspertləri ölkədə yeni bahalaşma dalğasının yaranacağı barədə xəbərdarlıq etmişdilər. Onlar hətta erməni mətbuatına verdikləri ayrı-ayrı açıqlamalarında sosial durumun ağır olduğu ölkədə bahalaşmanın ilk olaraq ərzaq məhsullarında yaranacağını proqnozlaşdırmışdılar. Çörəyin və un məmulatlarının bahalaşması isə ekspertlərin düzgün proqnozundan xəbər verir. Bundan əlavə bəzi siyasətçilər ölkədəki iqtisadi durumun belə mənfi istiqamətə yönəlməsini təhlükəli tendensiya sayırdılar. Müxalifət partiyalarından olan bəzi siyasətçilər ölkənin rəhbər şəxslərini də ittiham edərək onları iqtisadi vəziyyətin düzəldilməməsi istiqamətində heç bir addım atmamaqda suçlayırlar. Belə davam edəcəyi halda ölkədə ümumxalq hərəkatının yaranacağı da istisna edilmir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info