Ukraynada azərbaycanlıların obyektilərinə hücum halları artıb
Tarix: 08.12.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Ukraynanın Luqansk vilayətində silahlılar tərəfindən orda yaşayan azərbaycanlılara silahlı hücum olub, onlara məxsus ticarət obyektləri, restoranlar talan edilib.
Luqansk vilayətinin Lisiçansk şəhəri Azərbaycan Cəmiyyətinin sədri Təbriz Rəsulov APA-ya açıqlamasında bildirib ki, ötən həftə yaraqlılar əvvəlcə ona məxsus ticarət obyektinə hücum edərək talan ediblər, işçiləri yaralayıb obyektin bütün əmlakını aparıblar.
Hadisə vaxtı özünün orada olmadığını bildirən T. Rəsulov bildirib ki, hücum zamanı ölən olmayıb, amma ona təqribən 200 min ABŞ dolları həcmində ziyan dəyib: “Bunun ardınca isə Luqanskın Leninski rayonunda azərbaycanlılara məxsus 4 restoran və kafeyə hücum olunaraq dağıdılıb. Orada çalışanlar arasında yaralananlar var”.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bu faktların səfirlik tərəfindən araşdırılacağını deyib: “Səfirlik vaxtında döyüş gedən bölgədə yaşayan azərbaycanlılara dəfələrlə müraciət edib ki, təhlükəli əraziləri tərk etsinlər. Əksəriyyət biznesini Xarkov və Odessaya köçürsə də, təəssüf ki, hələ də, əsasən Ukrayna vətəndaşı olan müəyyən azərbaycanlı iş adamları oranı tərk etmirlər. Deyirlər ki, biznesi ata bilmirlər. Ona görə də belə hadisələr baş verir. Biz yenə də tək Luqansk yox, bütün şərqdəki bölgələrdən azərbaycanlılarla bağlı bu faktları mütəmadi araşdırırıq. Onlara yenə müraciət edəcəyik ki, münaqişə zonasını tərk etsinlər”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info