Akademik Ramiz Mehdiyevin yeni kitabı Ukraynada nəşr edilib
Tarix: 08.12.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Kiyevdə Ukrayna dilində nəşr edilib.
Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşı İnna Sosnovçikin Ukrayna dilinə tərcümə etdiyi kitab “Dmitri Buraqo” nəşriyyat evi tərəfindən nəfis şəkildə çap olunub. Səfirliyin ölkənin əsas kitabxanalarına, ali məktəblərinə, elmi, siyasi tədqiqat mərkəzlərinə göndərdiyi bu əsər böyük marağa səbəb olub.
Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olması barədə tarixi həqiqəti oxuculara çatdırır. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirilir. Dağlıq Qarabağın tarixi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırılır.
Kitabın Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasında təqdimatı keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyası və Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar keçirəcəyi beynəlxalq “dəyirmi masa”da rəsmi şəxslərin, tarixçilərin, siyasətşünasların, diplomatların iştirakı ilə kitabın müzakirəsi olacaq.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, erməni məsələsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yüzlərlə elmi-tədqiqat əsəri, kitab və məqalələr dərc edilib. Lakin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərində ermənilərin uydurma tarixi köklərə və ərazilərə istinad etməklə işğalçılıq iddialarına və hərəkətlərinə haqq qazandırmaq cəhdləri ilk dəfə yüksək elmi dəlillərlə ifşa edilib. Bu kitabda Azərbaycan xalqının və dövlətçiliyinin qorunması və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin mühüm rolu, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial və ardıcıl mövqeyi də diqqətə çatdırılır.
Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabı da 2013-cü ildə səfirlik tərəfindən Ukrayna dilinə tərcümə edilərək nəşr olunmuşdu.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info