Gənclərə bələdiyyə seçkiləri ilə bağlı təlim keçirilib
Tarix: 08.12.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə Seçkiləri 2014 və Gənclərin Hüquqi Maarifləndirilməsi” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarindan olan gənclərin iştirak etdiyi təlimin açılışı olub.
Toplantıda çıxış edən DANİB sədri Elməddin Behbud Azərbaycanda yerli özünüidarəetmə orqanlarına keçirilən ilk seçkidən cəmi 15 illik qısa müddətin keçdiyini və hələ də bələdiyyələrin hüquqları və seçiciləri qarşısında daşıdığı məsuliyyətlə bağlı vətəndaşlar arasında yetərincə məlumatın olmadığını deyib. Dövlət gənclər siyasətinin məqsədinin modern elmi biliklərə sahib olan milli düşüncəli gənclərin hazırlanması və onların cəmiyyətin idarəçiliyində yaxından iştirakının təmin olunması olduğunu qeyd edən Elməddin Behbud bu baxımdan bələdiyyə seçkilərində iştirakın əhəmiyyətini vurğulayıb. Təşkilat sədri Azərbaycan gəncliyinin cəmiyyət həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilməsinin dövlətin əhalinin gənc təbəqəsinin inkişafı üçün yaratdığı geniş imkanlar nəticəsində mümkün olduğunu bildirib. DANİB-in müxtəlif sahələrdə gənclərin maariflənməsi və inkişafı üçün 13 ildən artıq müddətdə fəaliyyət göstərdiyini deyən E.Behbud bilavasitə bələdiyyə seçkilərinə həsr olunan 5 günlük təlimdə ölkənin Tovuz, Naxçıvan, Gəncə, Qəbələ, Zaqatala, Qazax, Şirvan, Lənkəran, Sumqayıt, Abşeron, Goranboy, Salyan və digər regionlarından olan şəxslərin iştirak etdiyini deyib. 21 yaşı tamam olan hər bir gəncin yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq üçün passiv seçki hüququndan istifadə etmək səlahiyyətində olduğunu söyləyən Elməddin Behbud təcrübə toplanması baxımından 2014-cü ilin 23 dekabrında keçiriləcək seçkilərin fürsət olduğunu deyib.
Təlimin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev dövlət gənclər siyasətinin istiqamətləri və “Azərbaycan gəncliyi 2011-2015 – ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi sahəsində görülən işlər haqqında təlim iştirakçılarına ətraflı məlumat verib. Bələdiyyə institutunun ölkəmizdə yeni yaranan orqan olduğunu və onun fəaliyyətində gənclərin təmsilçiliyinin onların inkişafında müsbət rol oynaya biləcəyini deyən Fuad Babayev DANİB-in təşkilatçılığı ilə keçirilən təlimin önəmini qeyd edib. Azərbaycanın 23 illik müstəqillik dövründə böyük inkişaf yolu keçdiyini deyən Gənclər və İdman Nazirliyinin rəsmisi hər bir gəncin qarşısına qoyduğu məqsədlərin realizəsi üçün dövlətin yaratdığı imkanlardan doğru şəkildə istifadə etməli olduğunu bildirib.
Layihənin təlimçisi Abil Bayramov təlimin məqsədləri və proqramı haqqında iştirakçılara məlumat verərək 5 gün müddətində Azərbaycanda bələdiyyə inistitutu, qanunvericilik, yerli özünüidarəetmədə ictimai iştirakçılıq, seçki anlayışı və prinsipləri, seçkinin mərhələləri və digər mövzularda təqdimat, qrup oyunları, simusyasiya və müzakirəlrəin keçiriləcəyini deyib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info