Ruslan Əmircanov: “Yaxşı günlər keçirmirik”
Tarix: 08.12.2014 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


“Qəbələ”nin müdafiəçisi Ruslan Əmircanovun başının üstünü “qara buludlar” alıb. 29 yaşlı futbolçu heç cür zədədən canını qurtara bilmir. Sol dizindən zədələnən Əmircanovun daha tez sıraya dönəcəyi gözlənilsə də, sağalması prosesi yubanır.
Əməkdaşımızla söhbətində hazırkı vəziyyəti ilə bağlı danışan Ruslan Türkiyəyə gedəcəyini bildirib: “Bu günlərdə Türkiyəyə yola düşəcəyəm. Zədə mənim başıma oyun açıb. Elə ki sağaldığımı düşünürəm, məşqdə ayağımda ağrı hiss edirəm. Türkiyədə tibbi müayinədən keçəcəyəm. Məhz bundan sonra zədəmin nə yerdə olduğu, nə vaxt məşqlərə başlayacağım bəlli olacaq”. Əmircanov komandasına çətin vəziyyətdə kömək edə bilmədiyi üçün məyusdu: “Yaxşı günlər keçirmirik. Çox istərdim ki, bu cür ağır vəziyyətdə komandama kömək edim. Amma əlimdən bir şey gəlmir. Zədəli olduğum üçün kənardan baxmaq məcburiyyətindəyəm”.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
EPL tarixinin ən erkən qolu vuruldu
24.04.2019
Suares Barcelona tarixinin 3-cü bombardiridir
24.04.2019
Bakı trası haqqında yürüş mühəndisinin fikirləri
24.04.2019
UEFA Avropa Liqasının finalı “Spartak” stadionunda keçirilə bilər
23.04.2019
Bu gün futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinə start veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info