Bakıda qapalı Velodrom inşa ediləcək
Tarix: 08.12.2014 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Londonda velosiped idmanının trek növü üzrə keçirilən Dünya Kubokunun 2-ci mərhələsi başa çatıb. Yarışı izləmək üçün İngiltərə paytaxtında olan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bir sıra işgüzar görüşlər də keçirib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) trek üzrə koordinatoru Gill Peruzzi ilə görüşdə yaxın gələcəkdə Azərbaycanda inşa olunacaq Velodromla bağlı məsələlər müzakirə olunub.
UCİ prezidenti Brayn Kuksonla görüşdə isə federasiya rəsmisi cənab Kuksona Azərbaycanda son illər velosiped idmanının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmizdə idmana göstərilən dövlət qayğısı və beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq nəticəsində həm idmanın bu növünün infrastrukturu yaxşılaşır, həm də Azərbaycan velosipedçilərinin peşəkarlıq səviyyəsi gündən-günə artır. S.Ələkbərov artıq Azərbaycanda dağ velosiped idmanı parkının tikintisinin başa çatdığını, BMX stadionunun inşasının isə yekunlaşmaq üzrə olduğunu bildirərək, Azərbaycan Prezidentinin göstərişi ilə gələn il Bakıda dünya standartlarına tam cavab verən qapalı Velodromun tikintisinə başlanılacağının da nəzərdə tutulduğunu deyib. “Bakı-2015” ilk Avropa Oyunlarının proqramına daxil edilmiş velosiped yarışlarına hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu deyən federasiya rəsmisi Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini bu yarışları izləmək üçün Azərbaycana dəvət edib. Dəvət üçün minnətdarlığını bildirən UCİ prezidenti tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını izləməkdən məmnun olacağını söyləyərək Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək dəyərləndirib. O, Azərbaycan Velosiped İdmanı Federasiyasının da son illər aktivliyi ilə seçildiyini vurğulayaraq, velosiped idmanının inkişafı üçün ölkəmizə hər cür dəstək göstərməyə hazır olduğunu söyləyib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info