Qafqaz Universiteti və BP arasında lahiyələr davamlı olacaq
Tarix: 08.12.2014 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti, öz tələbələrini yüksək ixtisaslı kadrlar kimi yetişdirməyi qarşısına əsas məqsəd qoyub. Bu məqsədi yerinə yetirmək üçün universitet mütəmadi olaraq müxtəlif dövlət qurumları və özəl şirkətlərlə sıx əməkdaşılq edərək tələbələrin yüksək ixtisaslı kadrlar olaraq yetişdirilməsində bu qurum və şirkətlərin təcrübələrindən yararlanır. Ölkəmizdə ən böyük özəl şirkətlərdən biri də BP Azərbaycan şirkətidir. BP Azərbaycan, Qafqaz Universiteti ilə bir sıra layihələrə imza atıb. Bu layihələrdən ən əhəmiyyətlisi Qafqaz Universiteti ilə BP Azərbaycan şirkəti arasında imzalanmış memarondoma əsasən Mühəndislik məktəbinin genişləndirilməsi layihəsidir. Layihə çərçivəsində BP Azərbaycan şirkətinin sponsorluğunda universitetin mühəndislik fakültəsi nəzdində 4-ü kimya mühəndisliyi və 12-si mexanika mühəndisliyi ixtisasında olmaqla toplam 16 adda yüksək texnologiyaya sahib avadanlıqlarla əhatə olunmuş laboratoriyalar tələbələrin istifadəsinə verilmişdir.
Universitet ilə şirkətin əməkdaşlığı çərçivəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Qafqaz Universiteti tələbələrinə “BP-nin Azərbaycanın neft və qaz sənayesinin inkişafındakı rolu” mövzusunda seminar vermişdir. Qafqaz Universitetindəki seminarda qonaqları salamlayan Qordon Birrell, BP-nin Azərbaycandakı 20 illik fəaliyyətindən söz açdı. Gələcək planlarından danışan BP-nin prezidenti, Azərbaycanda ilk dəfə 1994-cü ildə işə başladıqlarını 1997-ci ildə isə artıq böyük işlərə nail olduqlarını bildirdi. Qordon Birrellin sözlərinə görə 3 il ərzində bu işləri görmək böyük möcüzə idi. Ancaq BP bunu həyata keçirə bildi. Bunun əsas səbəbi isə Azərbaycan hökümətinin apardığı uğurlu siyasətin nəticəsidir. Bakı-Tibilisi-Ceyhan magistiral xətti haqqında söhbətinə davam edən Qordon Birrell, borunun keçdiyi ölkələrdən danışıb. BP-nin prezidenti Qordon Birrell: “Bakı-Tibilisi-Ceyhan xəttinin keçdiyi ərazilər çox mürəkkəbdir. Azərbaycanda suyun altı ilə, Gürcüstanda dağların arasından neft borusunu keçirtmək elə də asan deyil. ” BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, bu regionda layihələri həyata keçirmək üçün ümumilikdə 45 milyard dollar vəsait xərclədiklərini bildirdi. Q. Birrell BP-nin, Azərbaycan, Gürcüstan və Türkiyədə elmi araşdırmalar və tədqiqat üçün hər il 500 milyon dollar ayrıldığını bildirdi. BP-nin prezidenti Qordon Birrell: “TANAP layihəsində yeni texnologiyalardan yararlanmağı düşünürük. Bundan başqa biz TANAP layihəsi çərçivəsində Gürcüstanda iki böyük qaz kompressoru stansiyası tikməyi planlaşdırırıq. ”
Xəzər dənizində yeni qazılacaq iki neft yatağında da, BP ən son texnalogiyadan istifadə edəcəkdir. Q. Birrellin verdiyi məlumata görə, yeni texnika sayəsində yataqlardan 40 faiz deyil 60 faiz xam neft əldə etmək mümkün olacaq. Sonda tələbələrin suallarını cavablandıran BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell səmimi qəbula görə Universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qonağa Universiteti ziyarət etdiyi üçün və təcrübələrini tələbərlə bölüşdüyü üçün təşəkkür etdi. Daha sora A. Saniç: “Biz bir daha şahid olduq ki, BP Azərbaycanda əhəmiyyətli işləri böyük uğurla həyata keçirir. Bu günə qədər biz BP ilə birgə çox önəmli təhsil layihələri həyata keçirmişik. BP tərəfindən Universitetimizdə açılmış kimya və mexanika labaratoriyaları savadlı mütəxəsisslərin yetişməsində önəmli rol oynayır. Təhsilə önəm verən Qafqaz Universiteti və BP şirkəti arasında belə lahiyələrin davamlı olacağına inanıram”.

İlkin



















 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info