TANAP-ın Türkiyə hissəsinin təməli gələn ilin birinci rübündə qoyulacaq
Tarix: 08.12.2014 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Rövnəq Abdullayev: “ARDNŞ Rusiya qazının TANAP vasitəsilə nəql olunması ilə bağlı təklif almayıb”

“Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə işlər qrafikə uyğun davam edir.
Layihənin boru xətləri ilə təminatı üzrə tenderlər başa çatıb. Tikinti ilə bağlı elan olunan tenderlər isə artıq yekunlaşmaq üzrədir”. Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. R.Abdullayev bildirib ki, TANAP-ın Türkiyə hissəsinin təməli gələn ilin birinci rübündə qoyulacaq. Rövnəq Abdullayev onu da deyib ki, Azərbaycan Dövlət Neft Şirkətinə Trans-Anadolu qaz kəməri vasitəsi ilə Rusiya qazının nəql olunması ilə bağlı heç bir təklif daxil olmayıb: “ARDNŞ-ə belə bir təklif daxil olmayıb. Bundan başqa, TANAP layihəsi reallaşdırılarkən bu cür hallar nəzərdən keçirilməyib. Bununla belə, qeyd edim ki, Azərbaycanın reallaşdırdığı layihələr heç bir digər layihə ilə rəqabət aparmır”. ARDNŞ prezidenti Rövnəq Abdullayev Rusiya ilə Türkiyə arasında qaz kəmərinin tikintisinə dair sazişi də şərh edib. R.Abdullayev bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstandan keçməklə Gürcüstan-Türkiyə sərhədinə nəql etmək üçün nəzərdə tutulan Cənubi Qafqaz Boru Kəməri heç bir qaz kəmərinin rəqibi deyil: “Bildiyiniz kimi, Cənubi Qafqaz Boru Kəməri 2046-cı ilə qədər Azərbaycan qazını Avropaya nəql edəcək. Artıq bununla bağlı bütün məsələlər həll olunub. Düşünürəm ki, bu qaz kəmərinin həyata keçirilməsində heç bir problem yoxdur”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info