Amerika polisi bu dəfə xəstə uşağı boğdu
Tarix: 09.12.2014 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


Amerikada polis-vətəndaş münasibətlərində olan gərginlik özünün pik həddinə çatıb. Dünyaya insan haqlarından “dərs keçməyə” çalışan “demokratiya carçısı” olan bu ölkədə insan hüquqları ilə bağlı sözün həqiqi mənasında tənəzzül yaşanır. Son bir neçə ayda ardıcıl olaraq polislərin qaradərili vətəndaşlara qarşı kobud davranması və bunun nəticəsi olaraq ölüm halların artması artıq vətəndaşları da hərəkətə keçirib. Onlar öz hüquqlarını tələb edərək adi əşya kimi deyil vətəndaş kimi onlara münasibət bəslənməsini tələb edirlər. Qaradərililərə qarşı polis zorakılığı ilə bağlı “başı ağrıyan” ABŞ hökuməti yeni problemlər də üzləşə bilər. Belə ki, bu dəfə Amerika polisi xəstə bir qızı boğub. Astma xəstəliyindən əziyyət çəkən qızın zorakılığa məruz qalması isə vətəndaşlar tərəfindən telefonla anbaan qeydə alınıb. REN TV-nin verdiyi məlumata görə, insident Arizona ştatında qeydə alınıb.
Polis uşağı saxlamaq üçün iki dəfə başından vurub, sonra yerə yıxaraq boğmağa başlayıb. Qız nəfəs ala bilmədiyini desə də, polis ona məhəl qoymayıb. Hətta anası özünü hadisə yerinə çatdırır və polisdən qızını buraxmağı xahiş edib.
Polisin hərəkətinin mobil telefonla çəkilib və müxtəlif şəbəkələrdə yayılmasından sonra vətəndaşlar arasında bu kəskin etirazla qarşılanıb. Bu görüntülər ciddi müzakirələrə səbəb olmaqla yanaşı yeni etiraz aksiyalarının keçirilməsinə rəvac verəcəyi də ehtimal olunur.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info