Almaniyada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mədəniyyət tədbiri keçirilib
Tarix: 09.12.2014 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Drezdendə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində növbəti tədbir təşkil olunub.
Drezdenin məşhur “Albertinum” muzeyində keçirilən tədbirin iştirakçıları Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər.
Tədbiri açan səfir Pərviz Şahbazov mədəniyyət axşamının Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Səfir özündə Qərb ilə Şərq mədəniyyətlərini birləşdirən Azərbaycanın zəngin mədəni irsi, dünya musiqisinə verdiyi töhfələr, ölkəmizdə klassik və müasir musiqinin inkişafından, qazanılan nailiyyətlərdən danışıb. O, həmçinin xalqımızın musiqi beşiyi olan Qarabağın və ətraf rayonların Ermənistanın işğalı altında olması barədə məlumat verib.
Tədbirin aparıcısı Azərbaycanda mövcud olan alman irsi, eləcə də respublikamızın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün həyata keçirdiyi işlər barədə məlumat verib. Aparıcı məşhur bəstəkar Qara Qarayevin adını daşıyan Azərbaycan Dövlət kamera orkestrinin də fəaliyyətindən geniş söhbət açıb.
Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri olan, Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Maria Auxun yaxından iştirakı ilə hazırlanan “Azərbaycanda alman irsi” kitabı təqdim edilib. Eyni zamanda, “Azərbaycanda alman izləri” adlı fotosərgi və “Almaniya bir rəssamın gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info