Hun Tsuin: “Azərbaycan sürətlə inkişaf edir və ölkənin beynəlxalq imici ilbəil yaxşılaşır”
Tarix: 09.12.2014 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikası hökuməti Azərbaycan hökumətinə 4,5 mln. ABŞ dollar (30 mln. Çin yuanı) həcmində növbəti qrant ayırıb. Müvafiq razılaşmanı Çinin Azərbaycandakı səfiri Hun Tsuin və Azərbaycanın Baş nazirin müavini Abid Şərifov imzalayıb.
İmzalama mərasimində çıxış edən A. Şərifov bildirib ki, iki ölkə arasında əlaqələr həm siyasi, həm iqtisadi sahələrdə çox uğurla inkişaf edir.
Azərbaycan hökumətinin rəsmisi əlavə edib ki, ölkələr arasında ümumi dəyəri 41 mln. dollar olan 10 texniki-iqtisadi əməkdaşlıq ilə bağlı saziş imzalanıb: “Həmin vəsait hesabına bir sıra layihələr həyata keçirilib. Onların arasında 2012-ci ildə Çindən Azərbaycana 163 ədəd kommunal təyinatlı nəqliyyat vasitələrinin, bu il isə 155 ədəd yeni texnikanın gətirilməsini nümunə kimi göstərmək olar”.
Öz növbəsində H. Tsuin qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edir və ölkənin beynəlxalq imici ilbəil yaxşılaşır. Diplomat qeyd edib ki, son illər ölkələr arasında iqtisadi-ticari əlaqələr daha da genişlənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info