Azərbaycan alimləri yeni Günəş elementləri hazırlayıblar
Tarix: 09.12.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun alimləri dünyada ilk dəfə olaraq, yeni Günəş elementləri hazırlayıblar. Bununla da Günəşdən alınan enerjinin elektrik enerjisinə çevrilmə faizi artrılaraq 18-19%-ə çatdırılıb. Bunu Fizika İnstitutunun direktor müavini Cavad Abdinov deyib.
Onun sözlərinə görə, hazırda dünyada istehsal və istifadə olunan Günəş elementlərinin faydalı iş əmsalı 14-15 faizdir. Başqa sözlə, hazırkı Günəş elementləri Günəşdən aldığı enerjinin 14-15 faizini elektrik enerjisinə çevirir. Yeni elementlər xarici ölkələrdən alınan müasır qurğuların köməyi ilə hazırlanıb.
C.Abdinov deyib ki, müxtəlif yarımkeçirici birləşmələr əsasında Günəş elementlərinin yeni konstruksiyası yaradılıb və struktur sadələşdirilib. Nəticədə həm Günəş elementlərinin hazırlanmasının maya dəyəri aşağı düşüb, həm də faydalı iş əmsalı artırılıb: “Günəş elementi sadəcə bir lövhə deyil. Orada bir neçə təbəqədən ibarət müəyyən struktur elementləri var. Günəş şüası o təbəqələrdən keçib əsas elementin üzərinə düşür. Aydındır ki, həmin təbəqələrdən də keçəndə Günəş şüasının bir hissəsi udulur. Ona görə də Günəş şüasının müəyyən faizi gedib əsas təbəqəyə çatır və elektrik enerjisinə çevrilir. İnstitutun hazırladığı yeni strukturda isə həmin təbəqələrdən bir neçəsi ləğv edilib. Ona görə də Günəş elementlərinin faydalı iş əmsalını artırmaq mümkün olub”.
Onun sözlərinə görə, Günəş elementlərinin faydalı iş əmsalını 30 faizədək qaldırmaq olar. İnstitutun hazırladığı strukturun nəzəri potensialı da iş əmsalını tədricən 30 faizədək çatdırmağa imkan verər. Bunun üçün texnologiyanı getdikcə təkmilləşdirmək lazımdır. Direktor müavini bildirib ki, yeni elmi nəticə artıq institut tərəfindən AMEA Rəyasət Heyətində məruzə edilib və bəyənilib. Bu elmi nəticədən respublikada yaradılan texnoparklarda istifadə etmək olar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info