Ukraynadakı gərginlik iş adamlarının da biznesinə mənfi təsir göstərib
Tarix: 09.12.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Hikmət Cavadov: “İş admalrımızla söhbətlərdən aydın olur ki, onların bir çoxu biznesini başqa ölkələrə köçürülmək barədə düşünür”

“Müharibənin nəticələri ilk növbədə ölkə iqtisadiyyatnda özünü büruzə verir. Bu proseslər başlayanda Ukraynada 1 ABŞ dolları 8 qrivniydi. Hazırda 16 qrivnini keçib. Dolların məzənnəsi təbii ki, qiymətlərin qalxmasına da şərait yaradır. İnsanlar maaşlarını milli valyuta olan qrivni ilə alırlar. Buna görə də əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, iş adamlarının biznesi zəifləyir”.
Bunu mediaya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bu ölkədəki azərbaycanlı iş adamlarının vəziyyəti barədə danışarkən deyib.
Ukraynada azərbaycanlı iş adamlarının çox olduğunu qeyd edən H.Cavadov yaranmış vəziyyətin onların da biznesinə mənfi təsir göstərdiyini bildirib: “Biz buradakı iş adamlarımızla görüşlər keçiririk. Belə bir planımız var ki, yaxın vaxtlarda həmin iş adamlarından ibarət komitə yaradaq. İş admalrımızla söhbətlərdən aydın olur ki, onların bir çoxu biznesini başqa ölkələrə köçürülmək barədə düşünür. İqtisadi böhran onların uzun illərdir qurub ərəsəyə gətirdiyii işə ciddi ziyan vurur və bu vəziyyətin daha nə qədər uzanacağı bilinmir”.
Diaspor rəhbəri qeyd edib ki, Ukraynadakı azərbaycanlıların həyatı bu ölkə ilə bağlı olduğundan onların köçmək barədə qərar verməsi də asan məsələ deyil. “Toplantıları təşkil etməkdə məqsədimiz həm də odur ki, iş adamlarımız bir-birinə dəstək olsunlar, yaranmış vəziyyətdən çıxış yollarını birgə araşdırsınlar” deyən H.Cavadov iş adamlarımıza məxsus mülkiyyətin də qiymətində ciddi dəyişikliyin yarandığını vurğulayıb: “Daşınmaz əmlakın qiyməti demək olar ki, iki dəfə aşağı düşüb. Ancaq yeni hökumət söz verir ki inhisarçılığın və korrupsiyanın qarşısı ən qısa zamanda alınacaq. Buna inansaq, deyə bilərik ki, qardaş Ukraynada yaxın zamanlarda münbit biznes şəraiti yaranacaq. İqtisadiyyat sahəsində ekspert olmasam da onu deyə bilərəm ki, ölkədə siyasi sabitlik və şəffaf idarəçilik sistemi möhkəmlənərsə, Ukrayna bir çox ölkələri ən az zaman kəsiyində geridə qoymağı bacaracaq. Çünki ukraynalılar dəyişikliyə tez uyğunlaşan və çətinliklərə sinə gələ bilən millətdir”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info