Naxçıvanda yaşıllaşdırma tədbirləri
Tarix: 09.12.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Ötən həftə Naxçıvan şəhər sakinləri Uzunoba Su Anbarının ətrafında 2 hektarlıq ərazidə 1800 ədəd meyvə ağacı əkib, müəssisə və təşkilatların ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Şərur rayonunda, Naxçıvan-Sədərək magistral yolunun Danyeri, Aşağı və Yuxarı Daşarx kəndləri hissəsində 1600 ədəd meşə ağacı əkilib.
Babəklilər rayonun Şəkərabad və Hacıvar kəndləri ərazisində 172 ədəd həmişəyaşıl ağac, Qoşadizə kəndində 300, Yarımca kəndi yolunda isə 75 meşə ağacı əkiblər.
Ordubad rayonunda keçirilən iməciliklərdə Naxçıvan-Ordubad magistral yolunun “Qapıcıq” adlanan ərazisində 350, Qazi massivində 300, Ordubad şəhərindəki yeni tikililərin həyətlərində isə 250 ədəd meyvə ağacı əkilib. Bağlar diyarının digər ərazilərində də ağac əkini aparılıb. Bunun 400-ü meyvə, 600-ü isə meşə ağacı olub.
Culfa rayonunun sakinləri tərəfindən isə həmin magistral yolun Culfa rayonu hissəsində 240 ədəd meşə ağacı, yeni tikilən obyektlərin həyətlərində 38 ədəd həmişəyaşıl ağac, Culfa şəhərindəki 3 nömrəli tam orta məktəbin ətrafında 20 ədəd meyvə ağacı əkilib.
Kəngərli rayonunun sakinləri Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin 1 hektarlıq ərazisində 400 ədəd meyvə ağacı əkiblər, ətrafda səliqə-sahman yaradılıb.
Şahbuz rayonundakı İşgəsu massivində 1,7 hektarlıq ərazidə 1200, Badamlıq massivində 200 ədəd meyvə ağacı, Şahbuz şəhəri ərazisində 1000 ədəd gül kolu əkilib.
Sədərək Rayon İcra Hakimiyyəti binasının ətrafında 100 ədəd gül kolu, seysmoloji stansiyanın həyətində 50 ədəd meyvə, rayon mərkəzi Heydərabad qəsəbəsində yaşayan ahıl vətəndaşın həyətində 10 ədəd meyvə ağacı əkilib, təmizlik işləri aparılıb.
Şərur rayonunun Qarxun, Babək rayonunun Yarımca kəndlərində, Ordubad və Culfa şəhərlərində, Kəngərli rayonunun Şahtaxtı, Şahbuz rayonunun Mahmudoba kəndlərində yaşayan ahıl vətəndaşların həyətlərində də təmizlik işləri aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info