“Dədə Qorqud” hekayətləri qədim Roma, yunan mifləri ilə üst-üstə düşən, səsləşən miflərdir”
Tarix: 09.12.2014 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Romada keçirilən XIII ənənəvi kitab yarmarkasında tanınmış yazıçı Kamal Abdullanın italyan dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanı kitabsevərlərə təqdim edilib.
Kitabın çap edildiyi “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Tetti çıxış edərək roman haqqında məlumat verib. Bildirib ki, Daniele Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün müəllifi məşhur yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru isə professor Mikele Bernardinidir.
Əsərin ədəbi-bədii keyfiyyətlərini təhlil edən Mikele Bernardini romanda müasir ədəbiyyatın mifik ənənələrlə əlaqəsinin ön plana çıxarıldığını, qədim oğuz cəmiyyətinin real, mənəvi kontekstdə təqdim olunduğunu bildirib.
Kitabın italyan dilində ərsəyə gəlməsinə yardımçı olanlara minnətdarlığını bildirən Kamal Abdulla bu əsərin italiyalı oxuculara təqdim olunmasından böyük qürur hissi keçirdiyini deyib. Nəşr haqqında məlumat verən yazıçı vurğulayıb ki, əsərdə klassik ədəbiyyatla mifologiya vəhdət təşkil edir. Kamal Abdulla “Dədə Qorqud” hekayətlərinin əslində qədim Roma, yunan mifləri ilə üst-üstə düşən, səsləşən miflər olduğunu diqqətə çatdırıb. Bildirib ki, məhz bu bənzərlik xalqlarımız arasında qədim dövrlərdən mövcud olan əlaqələrin göstəricisidir.
Sonda müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info