Azərbaycan Rusiya ilə əlavə dəmiryol reysləri aça bilər
Tarix: 09.12.2014 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


"Azərbaycan Dəmir Yolları" QSC tələbat və sıx sərnişin axını olarsa, Rusiya ilə əlavə dəmiryol reysləri aça bilər. Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. O deyib: "Əlavə reyslərin buraxılması mümkünlüyünə qatarların yay hərəkət qrafikinin tərtib olunması zamanı baxıla bilər və bu qərar böyük sərnişin axının mövcudluğundan asılı olacaq". Mətbuat xidməti rəhbərinin sözlərinə görə, bununla yanaşı, bu məsələnin Rusiya tərəfi ilə də razılaşdırılması vacibdir. Çünki qatarların gəlişi və gedişi qrafiki qabaqcadan tərtib olunur: "Tələb və Rusiya tərəfi ilə razılaşma olarsa, əlavə reyslərin buraxılması mümkün olacaq". Onun sözlərinə görə, əlavə reyslərin buraxılması istiqamətinin seçimi sərnişinlər tərəfdən tələbdən asılı olacaq. Dünən QSC 16 dekabr 2014-cü ildən şimal istiqamətdə hərəkət edən, «Rusiya Dəmir Yolları» ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkətinin müvəqqəti olaraq dayandırıldığını elan etmişdi. Belə ki, «Rusiya Dəmir Yolları» ASC-nin məlumatına əsasən, 16.12.14-cü ildən etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, 18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.
Bakıdan Rostova və ya əks istiqamətdə gedən sərnişinlər Bakı-Xarkov qatarının xidmətindən istifadə edə biləcəklər.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14.12.2014-cü ildən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaqdır. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından həyata keçiriləcəkdir.
Sərnişinlərin nəzərinə o da çatdırılır ki, «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə - hərəkətdə olacaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info