Albaniyada “Gənc Liderlərin Uğurları: Keçmiş və Gələcək” konfransı keçirilir
Tarix: 09.12.2014 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Albaniyada keçirilən Dünya Gənclər Birliyinin (World Assembly of Youth) XVI Baş Məclisinin “Gənc Liderlərin Uğurları: Keçmiş və Gələcək” mövzusunda keçirilən iclasında iştirak edir.
Paytaxt Tirana şəhərində keçirilən açılış mərasimində ABŞ İctimai Diplomatiya və ictimai işlər Departamentinin Qlobal Gənclik Məsələləri ofisinin məsləhətçisi Endrü Robens, Albaniyanın baş naziri Edi Rama, sosial işlər və gənclər naziri Erion Veliaj, təşkilatın prezidenti Datuk Seri İdris Haron iştirak edib. Konfransda “Liderlikdə gənclər bərabərliyi”, “İqtisadi inkişaf prosesində liderliyin gücü”, “Liderliyin inkişafında gənclər təşkilatlarının rolu”, “Gənc nəslin formalaşmasında keçmiş liderlərin rolu” mövzularında plenar iclaslar keçiriləcək. Təşkilatın hesabatı təqdim olunacaq, yeni prezident seçkiləri keçiriləcək və təşkilatın gələcək strateji planı açıqlanacaq.
Qeyd edək ki, “Böyük İpək Yolu” BGİ-ni katibliyin nümayəndəsi Aytən Əliyeva və təşkilatın Albaniyadan olan üzvü təmsil edir. Konfrans dekabrın 11-də öz işini yekunlaşdıracaq.
Xatırladaq ki, “Dünya Gənclər Birliyi” 1949-cu ildə yaradılıb. Qurumda 124 ölkə təmsil olunur. “Böyük İpək Yolu” BGİ 2012-ci ildə Bakıda ipək yolu üzərində yerləşən 27 ölkəni təmsil edən gənclər tərəfindən təsis olunub.


Fuad




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info