Xaricdə təhsil alan azərbaycanlı tələbənin uğuru
Tarix: 09.12.2014 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Kiprin Doğu Akdeniz Universiteti (DAÜ) 2008-ci ildə tam üzvlük statusunu qazandığı EESTEC - LC Famagustanın (Electrical Engineering Students` European Association - Local Committee) təmsilçiliyini müvəffəqiyyətlə davam etdirir.
Bu günlərdə EESTEC LC Banya Lukada (Bosniya və Herseqovina) təşkil edilən 28 fərqli ölkədən 50-dən çox gələcək mühəndislərin qatıldığı 9. EESTEC Başçılar Yığıncağında (EESTEC Chairpersons` Meeting - ECM) DAÜ-nin Mühəndislik fakültəsi, İnformasiya Sistemləri Mühəndisliyinin 3-cü kurs tələbəsi Toğrul Abbasov təmsil edib.
EESTEC LC Famagusta başçısı Toğrul Abbasovdan aldığımız məlumata görə, ECM, təşkilatın inkişafında iştirak etmək, EESTEC komitə nümayəndələrinin təcrübə və təcrübələrini paylaşmaq imkanı təmin edən 2-ci ən böyük fəaliyyətidir: “EESTEC üzvlərinin texniki və fərdi bacarıqlarını inkişaf etdirmək, fərqli mədəniyyətlər tanımasına liderlik etmək məqsədi ilə qurulmuş bir təşkilatdır. ECM iştirakçılarına EESTEC beynəlxalq əlaqələri inkişaf etdirmə məqsədli layihə rəhbərliyi, büdcə planlama, strateji planlama kimi idarəçilik bacarıqları qazandırmaq və beynəlxalq səviyyədə fəaliyyətlər və əməkdaşlıq tənzimləmə haqqında iş iclasları və müzakirələri təqdim edən fərqli fəaliyyətlər reallaşdırıb”.
5 gün davam edən tədbirin 3-cü günü təşkil edilən və "Open Day" (Açıq Gün) deyilən sərgi isə tələbələr, universitetlər və şirkətləri bir araya gətirməklə birlikdə iştirakçılara öz ölkə, şəhər, universitet və ya şirkətlərini tanıtma şansı verib. "Open Day" sərgisnin tələbələrin faydalanacağı digər bir xüsusiyyəti də, bura qatılan şirkətlərin iş, tələbəlik və təqaüd imkanlarını əhatə edən təqdimatlar reallaşdırması və şirkət nümayəndələri ilə sərgi iştirakçılarına üz-üzə danışmaq imkanı yaradılmasıdır. DAÜ stendinin də açıldığı sərgidə LC Famagusta nümayəndəsi Toğrul Abbasov universitet və akademik proqramlaşdırmalar haqqında məlumatlar verib.
Toğrul Abbasov EESTEC haqqında da qısa məlumat verib: “EESTEC başda elektrik-elektronik mühəndisliyi və kompüter mühəndisliyi tələbələri olmaq üzrə bütün universitet, institut və s. üçün elə tələbələr tərəfindən 1986-cı ildə Hollandiyada qurulmuş beynəlxalq bir təşkilatdır. EESTEC-nin bu anda 28 ölkənin 60 şəhərində 6000-dən çox üzvü var. EESTEC-nin prioritet hədəfi tələbələr arasında beynəlxalq əlaqələr qurmaq və mövcud əlaqələri gücləndirməkdir. Tələbələrin texniki və ictimai baxımdan inkişafı və təcrübələrin, fikirlərin paylaşılması üçün mühit hazırlayan mütəxəssislər, dəyişmə proqramları və digər fəaliyyətlər təşkil etmək də EESTEC-nin məqsədləri arasındadır. Bu əhatədə təşkil edilən fəaliyyətlər ilə qazanılan təcrübəni, tələbələr, daha sonra professional həyatlarında istifadə edə bilməkdədirlər.
DAÜ Elektrik və elektronika mühəndisliyi fakültəsi, İctimai və mədəni fəaliyyətlər müdirliyi və DAÜ Beynəlxalq ofis əməkdaşlıq ilə fəaliyyət göstərən beynəlxalq bir tələbə klubu olan EESTEC - LC Famagusta isə, EESTEC-nin tam üzvlük statuslu 39 yerli komitəsindən biri olmaqla birlikdə bölgədə tək təmsilçilik haqqına da sahibolma xüsusiyyətini daşımaqdadır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info