Ceyms Appaturay: “Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır”
Tarix: 09.12.2014 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


NATO-nun Brüsseldəki mənzil-qərargahında bir qrup azərbaycanlı jurnalistlə, QHT nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan-NATO əlaqələrindən danışıb. Azərbaycanın NATO üçün önəmli tərəfdaş olduğunu bildirən C.Appaturay rəsmi Bakının Alyansın Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələri xüsusi qeyd edib.
NATO-nun Əfqanıstandakı sabitliyi qoruyub saxlamaqda maraqlı olduğunu söyləyən xüsusi nümayəndə 2015-ci ildən təşkilatın “Uyarlıq Platforması”nın fəaliyyətə başlayacağını, bunun texniki əməkdaşlığı dərinləşdirmək məqsədi daşıdığını qeyd edib.
C.Appaturay Azərbaycanın Alyansın müdafiə, təhsil islahatlarında da iştirak etdiyini vurğulayıb. NATO baş katibinin xüsusi nümayəndəsi deyib: “Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkədə uğurlu layihələr həyata keçirilir. Biz Azərbaycanla birlikdə yaxşı işlər görməkdən məmnunluq duyuruq. Azərbaycan Prezidentinin, xarici işlər, müdafiə nazirlərinin dəfələrlə NATO-nun mənzil-qərargahında olmaları, aparılan müzakirələr əməkdaşlığın daha da inkişafına təkan verib. Biz tərəfdaşlığımızı davam etdirəcəyik. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çox yaxşı platformadır. Enerji təhlükəsizliyi, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Kibertəhlükəsizliklə bağlı xüsusi layihələrimiz var”.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19.04.2019
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
18.04.2019
14 yaşlı qıza hücum edən şəxs YAP-ın üzvü deyil - RƏSMİ AÇIQLAMA
18.04.2019
Müxalifət nümayəndəsi: “Cəbhəçilər dezinformasiya yaymaqla məşğuldurlar”
18.04.2019
Dini liderlərin Bakı sammiti ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info