“Dini tolerantlığın gücləndirilməsi və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans
Tarix: 09.12.2014 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Pakistan Strateji Tədqiqatlar İnstitutunun (PSTİ) təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə İslamabad şəhərində “Dini tolerantlığın gücləndirilməsi və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Dövlət Komitəsindən verilən məlumata görə, konfransı giriş sözü ilə PSTİ-nin sədri, səfir Xalid Mahmud açıb. O, iki qardaş ölkənin tolerantlığın gücləndirilməsi istiqamətində təcrübəsinin öyrənilməsi baxımından bu konfransın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Konfransda çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov Azərbaycan hökumətinin ölkədə dini tolerantlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasətdən danışıb.
O, qeyd edib ki, ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının təmin edilməsi, cəmiyyətin problemlərinin həlli istiqamətində atılmış mühüm addımlar, dini maarifləndirmə işinin gücləndirilməsi və gənclərlə iş, həmçinin müxtəlif inzibati tədbirlər Azərbaycan dövlətinin antiradikalizm siyasətinin əsas elementlərini təşkil edir. Panellərdə işini davam etdirən konfransda PSTİ-nin baş direktoru Rəsul Bəxş Rəis, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi Aqil Şirinov, PSTİ-nin ekspertləri Məhəmməd İslam və İcaz Şəfi Gilani, həmçinin DQİDK-nın şöbə müdirləri Niyaz Yaqublu və Nicat Məmmədli çıxış ediblər.
Çıxışlar zamanı radikalizmi doğuran səbəblər, onunla mübarizədə hər iki ölkənin qarşılaşdığı məsələlər müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin və gələcək əməkdaşlığın zəruriliyi vurğulanıb.
Konfransdan sonra iştirakçılara Azərbaycan məscidlərinin fotolarından ibarət “Azərbaycan - İslam mədəniyyətinin incisi” sərgisi təqdim edilib. Təqdimat zamanı DQİDK sədrinin müavini G.İsmayılov bu gün ölkəmizdə fəaliyyət göstərən məscidlərin sayının 2000-dən çox olduğunu qeyd edərək onlara dövlət qayğısından danışıb. Sərgidə 40-dan çox məscid, o cümlədən Qarabağdakı erməni işğalı altında olan məscidlərimizin işğaldan əvvəlki və sonrakı fotoları nümayiş etdirilib.
Konfrans və sərgidə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları, həmçinin xarici ölkələrin Pakistandakı diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info