İsmayıllıda 5 nömrəli məktəbin 10 illiyi qeyd olunub
Tarix: 09.12.2014 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2004-cü ilin dekabrında İsmayıllı şəhərində tikilən 480 yerlik tədris ocağının fəaliyyətə başlamasının 10 ili tamam olub.
5 nömrəli tam orta məktəb kimi fəaliyyət göstərən bu tədris ocağının 10 illiyi təntənəli surətdə qeyd edilib.
Mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işlərdən danışılıb. 5 nömrəli tam orta məktəbin ismayıllılara, burada təhsil alan şagirdlərə Mehriban xanım Əliyevanın böyük hədiyyəsi olduğu vurğulanıb.
Tədbirdə, həmçinin ötən 10 ildə məktəbin qazandığı uğurlardan danışılıb. Göstərilib ki, bu müddətdə təhsil ocağının 236 məzunu ali məktəblərə qəbul olunub. Onlardan 38 nəfəri 600-dən yuxarı bal toplayıb. Məzunlardan ikisi - Ləman Abbasova və Nurlan Vəlizadə Prezident təqaüdünə layiq görülüb. Təkcə 2013-2014-cü dərs ilində məzunlardan 42 nəfəri müvəffəqiyyətlə imtahan verərək tələbə adını qazanıb. İki nəfər Qızıl medal alanlar sırasında olub. Dörd şagird respublika olimpiadalarında və beynəlxalq müsabiqələrdə qalib gəlib.
Bu uğurların qazanılmasında məktəb rəhbərlərinin, pedaqoji kollektivin gərgin əməyi olduğunu söyləyən valideynlər, məzunlar bunun üçün onlara minnətdarlıqlarını bildiriblər.
Mərasimdə, eyni zamanda, məktəbin 10 illiyi ərəfəsində rayon icra hakimiyyətinin maliyyə dəstəyi ilə qazanxananın, ümumən isitmə sisteminin yenidən qurulduğu, idman və akt zallarının əsaslı təmir edildiyi diqqətə çatdırılıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info