Jurnalistlər mükafatlandırıldılar
Tarix: 09.12.2014 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının (MŞ) “Ulduz” şokolad fabriki ilə birlikdə kütləvi informasiya vasitələri nümayəndələri arasında “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusunda keçirdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, müsabiqənin məqsədi jurnalistlərin ölkəmizdə qida sənayesi ilə bağlı məsələləri işıqlandırmalarını stimullaşdırmaqdır. Şuranın sədri, həmçinin belə müsabiqələrin jurnalistlərin müxtəlif sahələr üzrə ixtisaslaşmalarına dəstək baxımından vacibliyini önə çəkib. Rəhbərlik etdiyi qurumun bir sıra aidiyyəti təşkilatlarla mövcud istiqamətdə reallaşdırdığı birgə təşəbbüslərdən söz açıb.
İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli jurnalistlərin peşəkarlığının artırılmasının vacibliyindən danışıb. C.Məmmədli bununla əlaqədar jurnalistika fakültəsində də müvafiq iş aparıldığını diqqətə çatdırıb. Mövcud prosesə dəstək baxımından müxtəlif istiqamətlərdə keçirilən müsabiqələrin əhəmiyyətini vurğulayıb.
“Ulduz” şokolad fabrikinin direktoru Vüsal Şərifov rəhbərlik etdiyi müəssisənin jurnalistlərlə daim təmasda olduğunu bildirib. Bu məqsədlə fabriklə əyani tanışlığın həyata keçirildiyini qeyd edən V.Şərifov iş prosesində şəffaflığın təminatını vacib şərt kimi dəyərləndirib. Mövcud xüsusda KİV-lə təmasların vacibliyini əsaslandırıb, eyni kursun gələcəkdə də davam etdiriləcəyini deyib.
MŞ-nin idarə heyətinin üzvü, BDU-nun professoru Nəsir Əhmədli müsabiqə iştirakçılarının təqdim etdikləri materialların qiymətləndirilməsi prosesindən söz açıb. Yazılarda müsabiqə üzrə nəzərdə tutulan kriteriyaların ödənildiyini diqqətə çatdıran N.Əhmədli KİV təmsilçilərinin spesifik sahəyə aid faktların təqdimatına kifayət qədər həssas yanaşdıqlarını bildirib, bununla bağlı konkret məqamlar üzərində dayanıb. Müsabiqəyə yazı qəbulu bu il oktyabrın 25-dən noyabrın 25-dək həyata keçirilib. Təqdim edilmiş 48 yazı müsabiqə üzrə yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilib. Materiallardan biri I yerə (800 manat), ikisi II yerə (500 manat), üçü III yerə (300 manat), daha 17 yazı həvəsləndirici mükafata (100 manat) layiq görülüb. Mərasimin sonunda qaliblərə mükafatlar təqdim edilib.


Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info