“Global Research”: “Dünya yeni nüvə yarışması astanasındadır”
Tarix: 09.12.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Rusiya, ABŞ, Çin kimi dünya nəhəngləri arasında Ukrayna ətrafında cövlan edən gərginlik və getdikcə artan qeyri-stabillik dünyanı 1962-ci ildə olduğundan daha ağır şəraitlə üz-üzə qoyub. Analitiklər bu barədə düşünürlər. “Global Research” analitik mərkəzinin araşdırmaçılarıbu fikirdədir. “Ukraynada ABŞ və Avropa Birliyi tərəfindən təşkil edilmiş sağ radikalyönlü dövlət çevrilişi Rusiyaya sanksiya və təhdidlə, NATO-nun şərqə doğru uzanması ilə nəticələnib, bununla bərabər, Obama administrasiyasının Çinin qarşısını almaq və Asiya Sakit Okean regionunda nəzarəti bərpa etmək üçün Asiyaya qəfil dönüşü də dünyanı yeni nüvə yarışması ilə qarşı-qarşıya qoyub.Bu barədə “Global Research” təşkilatının bildirən analitikləri Mark Blekvud və Pol Mitçellin fikrincə, 1962-ci ildə Karib böhranında olduğu kimi, bu gün də dünya qlobal müharibə astanasındadır. 2010-cu ildə nüvə silahlarının yayılmaması ilə bağlı müqavilə konfransı, dövlətləri nüvə silahının rolunu azaltmaq və qarşılıqlı təmkinlilik, bu silahın istifadə risklərini minimuma endirmək və onun tamamilə aradan qaldırılması üçün birgə fəaliyyət göstərməyi təlqin edirdi. Eləcə də hücum silahları olan СНВ-3-nin (the New START treaty) ixtisara salınması ilə bağlı həmin ildə Rusiya və ABŞ arasında imzalanmış müqavilə indi ABŞ-la onun müttəfiqləri tərəfindən yaradılmış böhrana görə əhəmiyyətini itirir. London müdafiə araşdırmaları üzrə birləşmiş Kral İnstitutunun analitiki Hyu Çalmersin sözlərinə görə, hazırda bütün nüvə dövlətləri nüvə modernləşməsinin bir neçə formasını formalaşdırırlar, yaxud da onlar yaxın gələcəkdə bu prosesə başlayacaqlar. Özünün işdən azad edilməsindən az öncə Pentaqon başçısı Çak Heyqel ABŞ Müdafiə Nazirliyinin, nüvə infrastrukturunun illik modernləşdirilməsinin maliyyələşdirilməsini qarşıdakı 5 ildə daha 10 faiz artırmaq üçün Konqresə sorğu göndərmişdi. O,təklif edir ki, ABŞ nüvə güclərinə 10 milyard dollar yatırmalıdır. Heyqel bildirib: “Bizim nüvə güclərimiz ABŞ-ın milli təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır. Nüvə gücümüz ABŞ Müdafiə Nazirliyinin əsas məqsədidir. Bu gün nüvədən vacib heç nə qarşımızda dayanmır”. Elə həmin vaxt sentyabrın 12-də Obama administrasiyası 12 yeni raket submarinin, yüzədək yeni bombardmançının və 400 qitələrarası ballistik raketin istehsalı üçün bir trilyon dollarlıq investisiyalaşmanı təsdiqlədi.
Elmi-siyasi jurnal olan “Alim-atomçuların bülleteni”nin məlumatına görə, ABŞ-ın hazırda 4650 atılmağa hazır nüvə başlığı var. Onlardan 2120-si qitələrarası ballistik raketlərə aiddir.
Yeni reaktiv mərmilərin hərbi sınaqlarının sayı da artıb.
Öz növbəsində, Rusiya da yaxın altı il üçün hərbi güclərin modernləşdirilməsinə 560 milyard dollar ayırıb. Bunun 25 faizi Rusiyanın nüvə güclərinə sərf olunacaq. Hazırda Rusiyanın arsenalında 1643 ballistik atom raketi var ki, onun da sayı bu martdan 131 ədəd artıb.
Bundan başqa oktyabrda Rusiya strateji nüvə gücü, “nüvə triadası” təlimi keçirib. Çin də qitələrarası ballistik raketlərini işləməkdədir. Onlar ABŞ-ın istənilən nöqtəsinə çata biləcək. Çin az öncə özünün sualtı atom qayığını da buraxıb. Onda 12 qitələrarası ballistik raket olacaq. Hazırda Çinin 75 qitələrarası ballistik raketi var.
Hindistan və Pakistan da nüvənin modernləşdirilməsini aparır və yeni sınaqlar keçirirlər. Bütün bunlar isə dünyada ciddi nüvə gərginliyindən və böhrandan xəbər verir”.
Amma müəlliflər qeyd edirlər ki, nüvə müharibəsi baş verməyəcək, çünki hökumətlər çətin ki, nüvə yarışmasını fəlakətli həddə çatdırsınlar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info