Qafqaz Universiteti “Biznes Keys” müsabiqəsindən uğurla qayıtdı
Tarix: 09.12.2014 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyasında - (ADA) Biznesin İdarəedilməsi üzrə ən nüfuzlu müsabiqələrdən sayılan Azərbaycan Biznes Keys Müsabiqəsinin (ABCC-Azerbaijan Business Case Competition 2014) Final Mərhələsi keçirilib. ABCC layihəsinin məqsədi layihədə iştirak edən III-IV kurs tələbələrinin iqtisadi sahədə praktiki bacarıqlara yiyələnmələrinə nail olmaq, onların ölkənin biznes mühitinə cəlb olunmasına vasitəçilik etmək olduğunu bildirən Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzindən müsabiqə haqqında verilən məlumata görə, müsabiqədə Azərbaycan və Gürcüstandan Biznesin İdarəedilməsi, Maliyyə və İqtisadiyyat ixtisasları üzrə bakalavr və magistr tələbə komandaları yarışırdı. Qafqaz Universitetini “Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi”-nin (SİTM) tələbə üzvlərindən təşkil olunmuş dörd komanda təmsil edirdi. Müsabiqədə Qafqaz Universiteti ilə yanaşı, Azərbaycanın digər universitetləri, o cümlədən ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Turizm İnstitutu, Bakı Dövlət Universiteti, Xəzər Universitetinin komandaları da iştirak edirdi.” Müsabiqənin Yarımfinal Mərhələsinə Azərbaycan və Gürcüstandan ümumilikdə 29 komanda, Final Mərhələsinə isə, 4 yerli, 2 xarici olmaqla 6 komanda vəsiqə qazandı. Finalda iştirak edən komandalardan üçü Qafqaz Universitetindən, ikisi Gürcüstan Universitetlərindən (Gürcüstan-Amerika Universiteti və Tiflis Dövlət Universiteti) və biri isə Azərbaycan Dövlət İqtisad Universitetindən seçildi. İştirakçı komandalar münsiflər heyəti qarşısında təqdimatlar edib, sualları cavablandırıblar.

Gün ərzində gərgin keçən mübarizənin sonunda Finalın nəticələri açıqlandı və qaliblər aşağıdakı kimi sıralandı:

1-ci yer –Azərbaycan Dövlət İqtisad Universiteti (6000 AZN mükafat)
2-ci yer – Qafqaz Universiteti (3000 AZN mükafat)
3-cü yer –Qafqaz Universiteti (1500 AZN mükafat)
4-cü yer –Tiflis Dövlət Universiteti (500 AZN mükafat)

Məlumat üçün bildirək ki, Qafqaz Universitetinin uğurları bununla yekunlaşmayıb. Universitetin tərkibində yaradılan “Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi”- nin tələbə üzvü Zamir Salmanov münsiflər tərəfindən ən yaxşı iştirakçı olaraq seçilərək Azercell-in xüsusi tələbə təqaüdünə layiq görülüb. Azərbaycan Biznes Keys Müsabiqəsi, Azərbaycan Təhsil Nazirliyi, Gürcüstan Elm və Təhsil Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi və ADA Universitetinin dəstəyi ilə təşkil olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info