“Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda açıq dərs
Tarix: 10.12.2014 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda keçirilən açıq dərsdə müstəqil dövlətçiliyimiz tarixində ümummilli liderin misilsiz xidmətlərindən ətraflı söhbət açılıb.
Açıq dərsdən əvvəl şagirdlər Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin ayrı -ayrı məqamlarını əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Biləsuvar şəhər 1, 4 və 6 nömrəli məktəblərinin XI sinif şagirdlərinin iştirak etdikləri dərsdə Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərovanın "Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur " mövzusunda məruzəsi dinlənilib. Ulu öndərin həyat yoluna nəzər salan, görkəmli dövlət xadiminin liderlik məharətindən danışan natiq qeyd edib ki, Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişaf və islahatların banisidir. Azərbaycanda iqtisadiyyatın yenidən qurulması, aqrar sahənin dirçəlməsi, peşəkar ordu yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursu, hüquqi və demokratik dövlət quruculuğu ulu öndərin adı ilə bağlıdır.
Bildirilib ki, bu gün ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycanın sükanı etibarlı əllərdədir və ölkəmiz Prezident İlham Əliyevin liderliyi ilə dünyada böyük nüfuz qazanıb. Daha sonra məruzəçi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü misilsiz işlər barədə məlumat verib, şagirdləri maraqlandıran sualları cavablandırıb .

Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info