Vaşinqtonda Azərbaycanın biznes mühiti və investisiya imkanlarına həsr olunmuş tədbir
Tarix: 10.12.2014 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Vaşinqtonda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ nümayəndəliyinin dəstəyi ilə “Diplomacy Matters Institute” qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycanın biznes mühiti və investisiya imkanlarına həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı xəbərə görə, tədbirdə ABŞ-ın Dövlət Departamenti və Kommersiya Departamentinin rəsmiləri, Vaşinqtondakı diplomatik korpus, akademik dairələr və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə səfir Elin Süleymanov Azərbaycanın iqtisadi uğurları, həyata keçirilən iri layihələr, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə iştirakçılara geniş məlumat verib.
Beynəlxalq maliyyə institutları tərəfindən hazırlanan hesabatlarda biznes mühitinin yaxşılaşdırılması istiqamətində Azərbaycanın ən islahatçı ölkələrdən biri elan edildiyini qeyd edən diplomat ölkə iqtisadiyyatının şaxələndirilməsinin, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritetlərdən olduğunu söyləyib. Bildirilib ki, son on ildə ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub, strateji valyuta ehtiyatları 50 milyard dolları keçib, 1 milyondan çox yeni iş yeri açılıb, sahibkarlığın inkişafı ilə bağlı mühüm tədbirlər görülüb.

Azərbaycanın kosmik dövlətlər siyahısına daxil olduğunu, enerji, nəqliyyat və İKT sahəsində həyata keçirilən regional layihələrin təşəbbüskarı və iştirakçısına çevrildiyini xüsusilə vurğulayan səfir E.Süleymanov Avropanın enerji təhlükəsizliyinin təmin olunması və bölgənin tranzit potensialının, eləcə də informasiya texnologiyalarına çıxış imkanlarının artırılmasında Azərbaycanın vacib rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir Azərbaycanın iqtisadiyyatına dair AZPROMO tərəfindən hazırlanmış təbliğat materialları paylanılıb, ölkəmizdə istehsal olunan və ABŞ bazarına ixrac olunan Azərbaycan malları nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info