Pakistan mediasında Xocalı soyqırımı gündəmdə saxlanılır
Tarix: 10.12.2014 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Pakistanın “National Herald Tribune”, “Statestimes” qəzetlərində, həmçinin, “One Pakistan” informasiya agentliyində “Pakistan-Azərbaycan Media Forumu BMT Təhlükəsizlik Şurasının Kəşmir və Xocalı üzrə qətnamələrinin icrasını tələb etmişdir” adlı məqalə dərc olunub. Məqalədə İnsan Hüquqları Günü ərəfəsində Pakistan-Azərbaycan Media Forumunun Pakistanın sabiq federal naziri, istefada olan general-leytenant Faiz Əli Çiştinin ali qonaq qismində iştirak etdiyi toplantısının keçirildiyi bildirilib. Vurğulanıb ki, iclasda forumun baş katibi Raca Caved Əli Batti Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun Xocalı soyqırımına dair bəyanatını yayımlayıb. Bəyanatda D.Şikarov Xocalıda baş vermiş hadisələrin Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifələrindən olduğunu bildirib. O qeyd edib ki, yeddi min əhalisi olan Xocalı şəhəri 1991–ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılıb və fevral ayının 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələrinin hücumuna məruz qalaraq tamamilə məhv edilib. Həmin dəhşətli gecə zamanı 83 azyaşlı uşaqlar, 116 qadın daxil olmaqla 613 nəfər, onlardan 56 nəfəri xüsusi amansızlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib. Minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.
Daha sonra qeyd olunub ki, işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsi və Baş Assambleyanın müraciətləri, Qoşulmama Təşkilatı, İƏT, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarını icra etməkdən boyun qaçıraraq işğalçı siyasətini davam etdirir.
Məqalənin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:
http://www.statestimes.net/2012/12/theme-human-rights-day-365.html
http://unnpakistan.com/pamf-demanded-implementation-of-un-security-council-resolutions-on-kashmir-and-khojaly-genocide/
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info