Vergi ödəyicilərinin çağrı mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,2 faizdir
Tarix: 10.12.2014 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Bu ilin noyabrında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 12869 və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çox zəng daxil olub.
Nazirlikdən bildiriblər ki, canlı əlaqə zamanı 12111 sual xarakterli müraciət cavablandırılıb ki, onların da 19,2 faizi qeydiyyat, 12,6 faizi vergi növləri, 11 faizi elektron xidmətlər, 7 faizi elektron imza, 4,6 faizi büdcə ilə hesablaşmalar, qalanı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, vergi ödəyicisinə göndərilmiş mesajlar, vergi yoxlamaları, hesabatlarla əlaqəlidir.
Sual xarakterli müraciətlərin 276-sı barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib, onlar orta hesabla 2,2 gün ərzində cavablandırılıb. Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 1773 dəfə vergi borcu, 597 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.
Vergi ödəyicilərinə 14931 məlumat xarakterli mesaj göndərilib. Onlardan 13752-si qısa mesaj, 1179-u ikitərəfli mesaj olub. Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,2 faizdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info