Nazir müavini: “Hazırda kifayət qədər iş yerləri mövcuddur”
Tarix: 10.12.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


"Bu gün Azərbaycanda işsizliyin mövcudluğu iş yerlərinin olmaması ilə bağlı deyil. Hazırda kifayət qədər iş yerləri mövcuddur”. Bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, gənclər arasında işsizliyin aradan qaldırılması bilavasitə Gənclər və İdman Nazirliyinin səlahiyyəti çərçivəsində deyil: “Gənclər və İdman Nazirliyi yalnız məşğulluqla bağlı və digər dövlət normativ sənədlər işləndikdə öz təkliflərini irəli sürmək imkanına malikdir”.
İ. Babayev qeyd edib ki, onlar gənclər üçün karyera mərkəzlərinin yaradılması vasitəsilə gənclər arasında müəyyən iqtisadi və peşə biliklərinin əldə edilməsinə çalışırlar: “Eyni zamanda biz kütləvi şəkildə ilboyu aztəminatlı ailələrdən olan gənclər üçün kompüter kursları təşkil edirik, müxtəlif peşə üzrə təlimlər həyata keçiririk. Onu da qeyd etmək lazımdır ki, bu siyasət dövlət tərəfindən tənzimlənir. Bütün dünyada bu problemlər var. Bəzən gənclər hesab edir ki, özəl sektordan təqdim olunan iş və verilən maaş uyğun deyil. Yəni iş çox tələb olunur, maaş az verilir. Sahibkar da hesab edir ki, verilən maaş tələb olunan əməyə uyğundur. Belə məsələlər də var. Eyni zamanda gənclərimiz arasında maarifləndirmənin daha da gücləndirilməsinə ehtiyac duyulur ki, onlar təhsil almağa getdikdə ilk növbədə valideynlər də əmək bazarını monitorinq etməlidirlər. Baxmalıdırlar ki, bu gün Azərbaycan cəmiyyətinin iqtisadi inkişafında hansı ixtisaslar daha önəmlidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info