Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi bəyanat yayıb
Tarix: 10.12.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya Nümayəndəliyi bəyanat yayıb. Bəyanatda bildirilir: “Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya Nümayəndəliyi olaraq cari ilin noyabr ayının 26-da Avropa Parlamentinin plenar iclasındakı Avropa Parlamentinin prezidenti Martin Şultsun qərəzli və məqsədli şəkildə ölkəmizin imicinə xələl gətirməyə hədəflənmiş çıxışını pisləyirik. Məqsədli şəkildə baş vermiş olaya təəssüfümüzü bildirirməklə bərabər, eyni zamanda Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq qurumun prezidentinin müstəqil və demokratik bir ölkənin daxili işlərinə qarışmağa cəhd etməsini yolverilməz hesab edirik. Təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmiş Leyla Yunusun istintaqının getdiyi və hələ bitmədiyi bir məqamda guya onun ictimai fəaliyyətinə görə həbs olunması və hüquqlarının pozulması ilə bağlı Martin Şultsun söylədiyi fikirlər qətiyyən həqiqəti əks etdirmir. Maraqlıdır əməlində konkret cinayət tərkibi olmasında şübhəli bilinərək həbs olunan bir QHT nümayəndəsini Martin Şultsun bu qədər ciddi-cəhdlə müdafiə etməyinin səbəbi nədir? Niyə cənab Şults bircə dəfə də olsun Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox insanın pozulmuş hüquqlarından bir cümlə belə işlətmir? Maraqlıdır cənab Şults və bəzi onun kimi avropalı siyasətçilər ölkəmizə qarşı işğalçılıq siyasəti nəticəsində qətlə yetirilmiş günahsız insanlar haqqında danışmaq məqamı gələndə susmağa üstünlük verirlər? Budurmu Qərb demokratiyası və Avropa siyasilərinin insan hüquqlarına və insan taleyinə münasibəti? Cənab Şults bilməlidir ki, Azərbaycan Respublikası müstəqil, demokratik və hüquqi dövlətdir. Özünün sürətli inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında insan amili ən yüksək məqamda dayanır və bu dövlətdə hər bir vətəndaşın hüquqlarının qorunması ən ali səviyyədə, qanunlar çərçivəsində qorunur və təmin edilir. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya Nümayəndəliyi olaraq olaraq Martin Şultsun Azərbaycanda insan hüquqlarının pozulması, insanların siyasi və ictimai fəaliyyətlərinə görə həbs edilməsi kimi absurd, həqiqətdən kənar, şantaj xarakterli fikirlərini birmənalı olaraq rədd edirik. Bu cür qərəzli mövqeləri yalnız və yalnız onların və təmsil etdikləri qurumların qeyri-ciddiliyini göstərir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info