Avropa Oyunları Azərbaycanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şou olacaq
Tarix: 10.12.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminin bəzi detalları açıqlanıb. Yarışın Təşkilat Komitəsindən verilən məlumata görə, iyunun 12-də saat 20:15-də başlayacaq tədbir Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi şəhərin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək.
Milli stadionda olacaq açılış mərasiminin yarışlarda iştirak edəcək bütün idmançılarda qürur hissi yaradacağı da bildirilir.
“Bakı-2015”in mərasimlər üzrə direktoru Katerin Uqvunun sözlərinə görə, Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda 6 min könüllü iştirak edəcək: “Açılış mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək və idmançılar Bakıda salamlanacaq. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hissdi və əminəm ki, gələn dinləmələrdə daha çox sayda iştirakçını görəcəyik”.
“Afina-2004”ün mərasimlərinin bədii direktoru qismində gördüyü işlərlə böyük rəğbət qazanmış Dmitris Papaioannou iştirakçı dinləmələrinə başladıqları üçün çox həyəcanlı olduqlarını və növbəti həftələrdə daha çox könüllünü görməyə ümid edir.
Bu arada “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi bu yaxınlarda İlk Avropa Oyunları həyəcanını paylaşmaq üçün “Ailə günü” tədbirini keçirib. İşçi heyətinin ailə üzvləri gimnastika və qılıncoynatma növləri üzrə nümayişləri izləmək, canlı musiqidən zövq almaq və Oyunların açılış mərasiminə geri sayımı qeyd etmək üçün “Bakı-2015”in baş ofisinə dəvət olunub.
Hazırda “Bakı-2015”in işçi heyətində dünyanın 43 ölkəsindən 1200-dən çox nümayəndə təmsil olunur.
Qeyd edək ki, “Bakı-2015”in açılış mərasimində çıxış edəcək iştirakçılar üçün dinləmələrə start verilib. Burada könüllü olmaq üçün yaş həddi 18 və ya daha çox olmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info