A.Broek: “BMT Azərbaycanla əməkdaşlığını daha da genişləndirməyə hazırdır”
Tarix: 10.12.2014 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə Bakıda “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda konfrans keçirilib.
Konfrans 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyasının 35-ci və Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümünə həsr olunub.
Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqları sahəsində sonralar qəbul edilən digər sənədlərin əsasını təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bəyannamənin prinsipləri bir çox beynəlxalq konvensiyalarda, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericiliyimizdə öz əksini tapıb.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyada ən çox istinad olunan sənəddir və bu da onun ümumbəşəri mahiyyətini, əhatə dairəsinin genişliyini bir daha təsdiq edir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek təmsil etdiyi beynəlxalq qurumun yarandığı gündən insan hüquqları dəyərlərinin qlobal müdafiəsini həyata keçirdiyini qeyd edib. Bildirilib ki, insan hüquqlarının təşviqi BMT-nin əsas məqsədlərindən biridir. Təşkilat Azərbaycan dövləti ilə insan hüquqlarının qorunmasının bütün istiqamətləri üzrə əməkdaşlığını daha da genişləndirməyə hazırdır.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanda qadın və uşaq hüquqlarının təminatı və inkişafından, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətindən, uşaq hüquqlarının təşviqində QHT-lərin rolundan danışılıb.
Sonda müvəkkilin ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazılarının, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info