86 rayondan 77-də icra hakimiyyəti başçılarının müavinlərinin biri qadındır
Tarix: 10.12.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda qadınların qərar qəbul etmə, dövlətin idarə olunması, ümumiyyətlə, hər bir sahədə təmsil olunması istiqamətində müəyyən nailiyyətlər əldə olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, bələdiyyələrdə qadın təmsilçilərinin sayı 4%-dən 26,7%-dək artıb. Onun sözlərinə görə, idarəetmədə Azərbaycanın 86 rayonundan 77-də icra hakimiyyəti başçılarının müavinlərinin biri artıq qadındır: “Bu gün Azərbaycanda artıq kişi-qadın peşəsi yoxdur. Ölkədə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Əsas bizi narahat edən hüquq-mühafizə orqanları idi ki, artıq bu gün mövcud sahədə həm rəhbər, həm də daxili işlər orqanlarında qadınların fəaliyyət göstərməsinə nail olunub. Sahibkarlıq fəaliyyətində qadınların faizinin 19%-ə çatması bizi sevindirir. Çünki Azərbaycan müstəqilliyini əldə edəndən sonra həm kişilərin, həm də qadınların sahibkarlığa üz tutması çox vacib məsələlərdən biridir”.
S.Qəhrəmanova qeyd edib ki, müəyyən işlər görülsə də, bu gün qarşıda hələ çox işlər dayanır: “Məişət zorakılığı, o mühitdə böyüyən uşaqlar, zorakılıq nəticəsində küçə uşaqlarından danışırıqsa, həmçinin əlil uşaqların hüquqlarının qorunması istiqamətində böyük tədbirlərin, hüquqi təhsil sisteminin həyata keçirilməsi kimi məsələlər Azərbaycan hökumətinin qarşısında durur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info