Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -“Çağrı mərkəzi“nə müraciətlərin sayı son bir ayda 26 faizədək azalıb
Tarix: 10.12.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Cari ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142- “Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı əvvəlki ayla müqayisədə 25.9 % azalaraq 4120 müraciət təşkil edib. Müraciətlərin 87.7 %-i sorğu xarakterli olub. Daxil olan sorğu xarakterli müraciətlərin sayı ötən aya nisbətən (3615 müraciət) 29.1 % azalıb. Bu müraciətlərdə elektron xidmətlərdən istifadə, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi, ünvanlı dövlət sosial yardımı və sosial müavinət almaq hüququnun müəyyənləşdirilməsi, əmək qanunvericiliyinin izahı, əlillik müayinəsinin aparılması, əlillərin avtomobillə təmin olunması üçün tələb olunan sənədlər və s. məsələləri əhatə edib. Müraciətlərdə əksini tapan təkliflər əsasən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsinə aid olub və baxılmaq üçün qeydiyyata alınıb.
Ötən ay “Çağrı mərkəzi”nə daxil olan ümumi müraciətlərin 1678-i sosial təminat, 266-ı əlillik və reabilitasiya, 197-i məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, 1575-i əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı,404-ü elektron xidmətlərlə bağlı olub. Bu sahələr üzrə müraciətlərin sayı əvvəlki ayla müqayisədə əlillik və reabilitasiya məsələləri üzrə 12,7%, məşğulluq məsələləri üzrə 27%, əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı 53,4% azalıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info