Ürəklərdə daim yaşayacaq böyük tarixi şəxsiyyət
Tarix: 10.12.2014 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanın geostrateji mövqeyə, zəngin təbii sərvətlərə malik olmasına görə daim xarici dövlətlərin işğalına məruz qaldığını xatırladaraq XX yüzilliyin sonlarında xalqın milli müstəqillik qazanmasında, ölkənin dövlət müstəqilliyinin əbədi qorunub saxlanılmasında dünya şöhrətli siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevin əvəzedilməz rolu olduğunu vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev ideyaları Prezident İlham Əliyev tərəfindən ləyaqətlə, uğurla davam etdirilir. Azərbaycan tarixi kafedrasının müəllimi, tarix elmləri namizədi Nadir Hüseynbəyli “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzulu məruzəsində ümummilli liderin xalqın müqəddəratının, taleyüklü məsələlərin həllinə, milli mənafeyə, demokratiyanın bərqərar olmasına, Azərbaycanın dünya müstəvisində inkişaf etmiş dövlətlər sırasına çıxmasına xidmət edən müdrik siyasətindən bəhs edib. Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti Mehriban Quliyeva “Heydər Əliyev görkəmli natiq kimi” mövzusunda məruzə edərək böyük tarixi şəxsiyyət, iti zəkaya, fenomenal yaddaşa malik dahi siyasətçinin doğma ana dilinə olan sonsuz sevgi və ehtiramından, analoqu olmayan natiqlik məharətindən, zəngin söz ehtiyatına malik olmasından, nitq və məruzələrindəki siyasi-fəlsəfi traktatlardan danışıb. Anım mərasimində ümummilli liderə həsr olunmuş şeirlər bədii qiraət olunub, dahi öndərin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş olunub.

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info