Bələdiyyə seçkilərində iştirak edən YAP-ın qadın namizədləri ilə görüş keçirilib
Tarix: 10.12.2014 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


09 dekabr 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında cari il dekabrın 23-də baş tutacaq bələdiyyə seçkilərində iştirak edən Yeni Azərbaycan Partiyasının qadın namizədləri ilə görüş keçirilib (bineqediyap.org.az).
Tədbirdə YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Leyla Abdullayeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edən Yeni Azərbaycan Partiyasının qadın namizədləri və müxtəlif ərazi ilk partiya təşkilatlarından olan partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyası bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə getdiyini deyib. O, bildirib ki, əsas məqsəd bələdiyyə seçkilərində YAP-ın böyük qələbə qazanması, yerli özünüidarəetmə orqanlarında partiyamızın yüksək təmsilçiliyi təmin olunmasıdır və əlbəttə ki, növbəti qələbə üçün bütün əsaslar mövcuddur. Çünki Prezidentimizin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. O cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Natiq ulu öndər Heydər Əliyevin siyasi varisi, YAP sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son 10 ildə əldə olunmuş uğurların partiyanın ən böyük təbliğat vasitəsi olduğunu qeyd edib. Ramiz Göyüşov bələdiyyə seçkilərində YAP-ın qələbəsinin bundan sonra parlament seçkilərində partiyanın qələbə qazanmasına təsir göstərəcəyini, YAP-ın qələbəsi üçün bir zəmin yaradacağını qeyd edib.
Sayca yerli özünüidarəetmə orqanlarına keçiriləcək dördüncü seçkidən danışan YAP Binəqədi Rayon Təşkilatının sədri Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələr haqqında geniş məlumat verib, rayonda Rəsulzadə, Binəqədi qəsəbə, Binəqədi, Xocasən və Biləcəri bələdiyyələrinin fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, sayca üçüncü seçkidən sonra ötən beş ildə rayon əhalisinin artması ilə əlaqədar bu il keçiriləcək bələdiyyə seçkilərində 73 deyil, 79 üzv yerə seçkilər keçiriləcək və bələdiyyə üzvlüyünə olan yerlərin hamısına Yeni Azərbaycan Partiyası tərəfindən namizədlər irəli sürülüb. Ramiz Göyüşov builki seçkilərdə iştirak edən YAP namizədlərinin 35%-ni qadınların təşkil etdiyini qeyd edib. O, namizədlərin ali təhsilli, geniş dünyagörüşünə malik, gənc və perspektivli şəxslərdən təşkil olunduğunu bildirib. YAP Binəqədi Rayon Təşkilatının sədri inamla bildirib ki, YAP növbəti bələdiyyə seçkilərində zəfər əldə edərək, yerli özünüidarə orqanlarındakı uğurlu fəaliyyətlərinə daha bir əhəmiyyətli təkan verəcəkdir. Ramiz Göyüşov hər kəsi bələdiyyə seçkilərində fəal iştiraka səsləyərək, seçicilərin dəstəyi ilə bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının yeni qələbəyə imza atacağını ifadə edib.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı qarşıdan gələn bələdiyyə seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən bütün namizədləri təbrik edib, partiyanın bu seçkilərdə zəfər çalacağına inandığını qeyd edib. Bu qələbəni təmin edən isə ölkə Prezidenti İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasət, ölkədə aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən irimiqyaslı iqtisadi layihələrdir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Millət vəkili bu baxımdan regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğuladı. O, bildirib ki, regionların inkişafına ciddi diqqət yetirilməsinin nəticəsidir ki, bu gün ölkəmizin bölgələrinin siması dəyişir, əhalinin güzəranı yaxşılaşır, sosial problemlər ardıcıllıqla həllini tapır və sahibkarlıq daha da inkişaf edir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan gələcəkdə də bu istiqamətdə mühüm uğurlar qazanacaqdır.
Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycanda bələdiyyələr demokratik prinsiplər əsasında yaradılan və formalaşdırılan yerli özünüidarəetmə orqanlarıdır. Bu orqanların formalaşdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir.
O, 1999-cu ildə ilk dəfə bələdiyyə seçkilərinin keçirildiyi tarixə nəzər salaraq vurğulayıb ki, həmin dövrdə seçkilərdə qadın namizədlərin sayı çox az idi. Ötən müddət ərzində Azərbaycanda qadınların ictimai fəallığının artması bütün sahələrdə olduğu kimi yerli özünüidarəetmə orqanlarında da özünü göstərdi. Dekabrın 23-də bələdiyyələrə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər arasında gənclərin və xanımların üstünlük təşkil etməsi ölkədə gedən qadın və gənclər siyasətinin həm nəticəsi, həm də müsbət göstəricisidir. Millət vəkili gənc xanım namizədlərə müraciət edərək bildirib ki, gənc nəsil orta yaşlı nəsildən daha güclü və perspektivlidir. Bu baxımdan o, xanım namizədləri daha da əzmkar olmağa, seçkilərə əminliklə getməyə çağırıb. Məlahət İbrahimqızı vurğulayıb ki, YAP qarşıdan gələn bələdiyyə seçkilərinə mütəşəkkil qaydada gedir və bu da qələbəni şərtləndirən əsas amillərdən biridir.
Tədbirdə çıxış edən millət vəkili Leyla Abdullayeva YAP-ın alternativsiz siyasi qüvvə olduğunu və Azərbaycanın siyası arenasında özünəməxsus yer tutduğunu ifadə edib. Respublikada Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan abadlıq-quruculuq proseslərindən danışan natiq bu məqsədlə müxtəlif Dövlət Proqramlarının qəbul edildiyini, dövlət büdcəsinin ilbəil artdığını, qeyri-neft sektorunun inkişaf etdiyini vurğulayıb. Millət vəkili əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ardıcıl, praqmatik siyasətin bu gün davam etdiyini, bunun nəticəsində də Avropanın yüz ilə keçdiyi inkişaf yolunun ölkəmiz tərəfindən on ilə keçdiyini vurğulayıb. Natiq ulu öndər Heydər Əliyevin siyasi varisi, YAP sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son 10 ildə əldə olunmuş uğurların partiyanın ən böyük təbliğat vasitəsi olduğunu qeyd edib. Ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti üçün gördüyü işləri, Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyasını, Mehriban xanımın öz fəaliyyəti ilə bir brend yaratdığını vurğulayan Leyla Abdullayeva bütün bunların Azərbaycan xanımları üçün nümunə olduğunu deyib. O, bildirib ki, bu nümunədən bəhrələnərək modern, inkişaf etmiş ölkənin rəhbərinə hər birimiz öz fəaliyyətimizlə dəstək olmalıyıq. Bu dəstək isə dövlət siyasətinin yerlərdə həyata keçirilməsi, ölkənın taleyi üçün əhəmiyyətli hadisələrdən biri olan seçkilərdə fəal iştirakçılıqdır. Millət vəkili bələdiyyə seçkilərində YAP Binəqədi Rayon Təşkilatının bütün namizədlərinə uğurlar diləyib.
Daha sonra çıxış edən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri Aytac Əliyeva, Sitarə Cabbarlı və digər çıxışçılar cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, onların bir çox mühüm layihələrlə çıxış etməsinin zəruriliyindən, qarşıda duran vəzifələrdən danışıblar. Natiqlər seçkidə YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi seçkidə aktiv olmağa, “Rifah və quruculuq naminə” səsverməyə çağırıblar.
Görüşdə millət vəkilləri və namizədlər seçiciləri maraqlandıran sualları cavablandırıblar.

Fuad





 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info