Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi
Tarix: 10.12.2014 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Dekabrın 10-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin IV Məclisi keçirilib.
ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin sədrliyi ilə keçirilən tədbirdə rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
Gündəlikdə ATİAHİ Respublika Komitəsinin Məclis və Rəyasət heyəti üzvləri arasında qismən dəyişiklik edilməsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında gənclər siyasəti ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr, İttifaqın və Respublika Komitəsinin 2015-ci il üçün büdcələrinin, Komitə aparatının ştat cədvəlinin təsdiqi barədə məsələlər, eləcə də cari məsələlər olub. Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb, qərarlar qəbul edilib.
İclasın sonunda ATİAHİ Respublika Komitəsinin sədri Səttar Mehbalıyev çıxış edərək ölkəmizdə təhsilin mövcud vəziyyətindən danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, təhsilə dövlət qayğısı daim hiss olunur. Həmkarlar ittifaqının cəmiyyətdə aparıcı rola malik olduğunu vurğulayan sədr qurumun gələcək işləri ilə bağlı müvafiq tövsiyələr verib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info