“Qarabağ” üçün tarixi an
Tarix: 10.12.2014 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. VI turun qarşılaşmaları 1/16 finala son vəsiqələrin sahiblərinin adlarına aydınlıq gətirəcək. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ”ın da taleyinə də məhz son tur aydınlıq
gətirəcək.

F qrupunda mübarizə aparan Ağdam klubu 1/16 final yolunda son addımını atmağa çalışacaq. Tarixində ilk dəfə qrup mərhələsində çıxış edən “Qarabağ” Bakıda “İnter”lə görüşəcək. 2 il əvvəl ölkəmizə “Neftçi” ilə qarşılaşmaq üçün gələn Milan təmsilçisi ikinci dəfə Tofiq Bəhramov adına Respublika stadionuna çıxacaq. Həmin vaxt 3:1 hesabı ilə qalib gələn “İnter” indi ölkəmizə qrup qalibi kimi gəlir. Belə ki, son matçadək 1-ci yeri təmin edən İtaliya klubu üçün Bakıdakı görüş formal xarakter daşıyır. Qonaqların tanınmış məşqçisi Roberto Mançini də bu qarşılaşmada əsasən gənc futbolçulara şans verəcəyini açıqlayıb. Özünü göstərməyə çalışacaq bu futbolçular “Qarabağ”ın 1/16 final yolundakı son əngəl olacaq.
Bu səddi keçmək isə Qurban Qurbanovun yetirmələrinin öz əlindədir. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Ağdam təmsilçisi mövqeyini qorumaq üçün mübarizə aparacaq. Bu üzdən “Qarabağ”a istənilən hesablı qələbə də kifayətdir. Təmsilçimiz qalib gəlsə, Ukraynada yerli “Dnepr”lə Fransa “Sent-Etyen”inin oyununun 1/16 final baxımından heç bir əhəmiyyəti qalmayacaq. Ağdamlılar 1 xal qazansalar, ümidlərini digər oyuna bağlayacaqlar. Çünki hər iki görüşdə bərabərliyin qeydə alınması da “Qarabağ”ı 1/16 finala çıxaracaq. Çempionumuz bunu bacararsa, qrup mərhələsini adlayan və mövsümün ikinci yarısına keçən ilk Azərbaycan klubu kimi futbol tariximizə düşəcək. Əks halda, Kiyevdə qalib gələn qrup ikincisi olacaq. Bununla da ölkəmiz üçün avrokubok mövsümü başa çatacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info