“Növbəti bir neçə ay ərzində Ukrayna tam müflis olacaq”
Tarix: 10.12.2014 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


“Əvvəla ondan başlayaq ki, Ukraynanın iflası bir neçə ayın məsələsidir». Bunları əminliklə amerikalı iqtisadçı və politoloq Riçard Ran bildirir. O, “Washington Times” nəşrində dərc etdirdiyi məqalədə iddia edir ki, Kiyevin ölkədə islahatlar keçirəcəyi barədə Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılmış maliyyə yardımının taleyi müəmma olaraq qalır. Ölkədə heç bir islahat keçirilmədi və pullar isə korrupsiya sxemi üzrə aradan çıxarıldı. Ranın fikrincə, kənardan gələcək vəsait, bundan sonra da, əgər ölkədə korrupsiyanın kökü aradan qaldırılmayıbsa, heç bir nəticə
verməyəcək.

«Növbəti bir neçə ay ərzində, çox güman ki, Ukrayna tam müflis olacaq». Bu, Ricard Ranın gəldiyi qənaətdir. Onun fikrincə, Ukraynanın 10 milyarddan da az valyuta ehtiyatları qalıb. Və nəzərə alsaq ki, bu ölkə hər ay təqribən üç milyard itirir, qarşıda bu ölkəni nələr gözlədiyi başadüşüləndir.
İqtisadçı politoluqun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu məsələdə hər şeyi yaxşı başa düşür. Məhz ona görə də o , oturub gözləyir. Amma hələ ki, Ukraynanın iqtisadiyyatı tam dağılmayıb. Bundan əlavə, neftin qiymətinin düşməsi ilə əlaqədar əlverişsiz iqtisadi məqam Putini yeni addımlar atmaqdan çəkindirir.
“Bu ilin aprelində Beynəlxalq Valyuta Fondu Ukraynaya ayrılmış 17 milyard dollar kredit verilməsini təsdiq edib. Verilən kreditin müəyyən hissəsi ölkədə kök salan korrupsiyanın aradan qaldırılmasına sərf edilməli idi. Fondun menecerlərinə görə, təqdim edilmiş plan Kiyevin öz məqsədlərinə nail olmaq istədiyini vəd edirdi. Ancaq bu vədlərin heç biri yerinə yetirilməyib”. Bunlar da Riçard Ranın gəldiyi qənaətdir. O, belə bir sualla çıxış edir: “Bəs, Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılmış bu qədər pul hara xərclənib? Əlbəttə, Kiyev arqument kimi ölkənin şərqindəki müharibəni əsas gətirə bilər. Lakin bu inandırıcı görünmür. Bəli, başa düşüləndir ki, müharibə də müəyyən qədər xərc tələb edir. Amma, mənim təbirimcə, bu ayrılan vəsaitin olsa-olsa bir faizini təşkil edə bilər: Görünür, Ukraynada büdcənin əksər hissəsi müxtəlif «səs alma» sxeminə və rüşvətə sərf edilib».
Ölkə ordusuna gəldikdə isə, onların silahlanması ilə yanaşı ərzaq təminatına da, əsasən, könüllülər sponsorluq edirlər.
«Maliyyənin dağılmasının qarşısını almaq üçün çalışırıq». Ukrayna parlamentinin təsdiq etdiyi və bəzi xaricilərin, o cümlədən, "Gürcüstannın iqtisadi möcüzəsi memarları»nın da cəlb edildiyi bu çağırış, Ukrayna üçün bərpa planı hazırlayacağını nəzərdə tutsa da, məqalə müəllifinin fikrincə, bu, artıq gecikmiş bir çağırış idi: «Bəli, Ukraynadakı böhranı aradan qaldırmaq üçün öz xidmətlərini təklif edən iqtisadçılar ölkənin özündə də çoxdur. Lakin bunlar bütün siyasi qərarların qəbul edilməsinə səbəb olmayacaqdı: siyasətçilər qısamüddətli zəruri iqtisadi islahatların onların iqtisadi maraqlarına zidd olduğunu başa düşürdülər”.
Bəs, Amerika Birləşmiş Ştatları, Avropanın güc mərkəzləri, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq institutlar Ukraynanın pulunun tükənməsinə necə reaksiya verməlidirlər? Məqalə müəllifinin fikrincə, islahatlar olmadan yeni maliyyə yardımı barədə düşünməyə də dəyməz. Amma burada da başqa bir problem meydana çıxır. Belə ki, vəziyyət belə davam edərsə, bu zaman Putinin Ukrayna üzərində nəzarəti əldə etmək üçün yeni imkanları yarana bilər. Ranın fikrincə, belə görünür ki, Qərb ölkələri hansı nəticələrə səbəb olacağı bilinməyən müəyyən tədbirlər görməli olacaqlar.
Məqalənin bu yerində amerikalı iqtisadçı Polşanın da 25 il bundan əvvəl Ukrayna ilə təxminən eyni mövqedə olduğunu xatırladaraq bildirir ki, həmin ərəfədə polyaklar müdriklik və qətiyyət nümayiş etdirərək zəruri iqtisadi və siyasi islahatlar aparmışdılar, o cümlədən, korrupsiyadan qurtulmağa nail ola bilmişdilər. Məqalə müəllifinin fikrncə, ukraynalılar buna nə rəhbər seçimində, nə də islahatlar sahəsində hələ ki, nail ola bilməyiblər: «Ukraynalılar öz müqəddəratlarını özləri həll edə bilmirlər və çətin ki, xarici qüvvələr onlara yaxından yardımçı ola bilərlər». Bu, politoloqun gəldiyi qənaətdir.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info