“Sağlamlıqla bağlı tədbirlərin əsas təşkilatçıları gənclər təşkilatlarıdır”
Tarix: 11.12.2014 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Gənclərin pis vərdişlərdən yayındırılması və erkən nikahların qarşısının alması istiqamətində ciddi iş aparılmalıdır

Dünən Bakıda “Sağlam ailə” tibb mərkəzinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “Sağlam gənclik, sağlam gələcək” mövzusunda beynəlxalq forum keçirilib. Forum Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Forumda ümumilikdə mövzu ilə əlaqədar dövlət rəsmiləri, özəl qurumlar, gənclər təşkilatlarının nümayəndələri, yerli və xarici ekspertlərdən ibarət 500 nəfər iştirak edirdi. Tədbirin rəsmi hissəsini gənclər və idman nazirnin müavini İntiqam Babayev açaraq dedi ki, ümumilikdə bu cür forumun keçirilməsi böyük önəm daşıyır: “Gənclərimizin sağlamlığı, gənclərimizin müxtəlif neqativ hallarda prafilaktikasını təmin etmək bütün cəmiyyətin əsas vəzifələrindən biridir. Düşünürəm ki, bu sağlamlıqla bağlı forum çərçivəsində gənclərin müxtəlif narkomaniya, QİÇS və digər neqativ hallarda prafilaktikasının yolları kimi məsələlər müzakirə olunacaq”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev dedi ki, bu gün ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir: “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər bir yerində müasir tibb mərkəzləri tikilir istifadəyə verilir. Eləcə də tibb aksiyalarına yaxından dəstək verilir. Bu gün ölkəmizdə aparılan sağlamlıqla bağlı tədbirlərin əsas təşkilatçıları elə məhz gənclər təşkilatlarıdır. Biz sağlamlıqla bağlı məsələlərdə heç vaxt dayana bilmərik. Gənclərin pis vərdişlərdən yayındırılması və erkən nikahların qarşısının alması istiqamətində çox ciddi iş aparmalıyıq. Hesab edirəm ki, bu işdə hər birimiz fəal olmalıyıq”. Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gənclərlə bir yerdə iştirak etdiyinə görə həkimlərə minnətdarlığını bildirdi: “İlk növbədə deyərdim ki, hər şeyin önündə insanım sağlamlığı dayanır. Ümummilli lider Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisi sayılır. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın bütün regionlarda fəaliyyət göstərən Olimpiya idman komplekslərinin inşası bir növ bunu deməyə əsas verir. Burada təşkilatçıların da rolu böyükdür”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva diqqətə çatdırdı ki, cəmiyyətin inkişafında irəli gələn məsələlərdən biri də gənclərin sağlamlığı ilə bağlı məsələlərdir: “Müəyyən maddələrinin yayılma riski və bütün bunların cəmiyyətə vurduğu ziyanı görürük. Buna görə də gənclərin sağlamlığı üçün belə məsələlərlə mübarizə aparmalıyıq. Sağlam nəslin formalaşması bizim gələcəyimizin uğuru deməkdir”.
ARGTMŞ-nın sədri Şahin Seyidzadə isə çıxış edərək Forumun əhəmiyyətindən danışdı. Vurğuladı ki, bu kimi tədbirlər gənc nəslin intellektual səviyyəsinin formalaşmasında və onların sağlam ruhda böyümələrinə böyük təkan olacaq. Digər çıxışçılar da ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafına, tibb kadrlarının yetişdirilməsinə və səhiyyə sahəsində tibbi təhsilin keyfiyyətinin yüksəldilməsinə qayğısından söhbət açdılar. Respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatlar, bu sahədə qəbul edilən dövlət proqramları xüsusi qeyd edildi. Çıxışlarda gənclər arasında sağlam həyat tərzinin təbliğinin, ölkəmizdə idman sahəsinin inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğu vurğulanıb. Dövlət qurumları, özəl sektor və gənclər təşkilatlarının bu sahədə birgə əməkdaşlığının vacibliyindən danışıldı.
Forumun akademik hissəsində isə dünyanın 8 ölkəsindən (Almaniya, Avstriya, Azərbaycan, Rusiya, İngiltərə, Xorvatiya, Estoniya və Ukrayna) dəvət olunmuş tibb mütəxəssisləri, professorların cinsi və reproduktiv sağlamlığa dair elmin son nailiyyətləri, sağlam həyat tərzinin təbliği, gənclər arasında tibbi maarifləndirmənin aparılması mövzularında çıxışlara yer verildi.

Fuad





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info