“ASAN” kimi operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinir”
Tarix: 11.12.2014 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan və ATƏT arasında səmərəli əlaqələri vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisini, o cümlədən məhkəmə-hüquq sisteminin inkişafını qeyd edib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsindən, hakimlərin sayının artırılmasından və onların Avropada ən şəffaf seçimindən, habelə ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsindən danışıb, həyata keçirilən islahatlarda, xüsusilə hakimlərin tədrisində ATƏT-in fəal iştirakını vurğulayıb.
Azərbaycanda fəaliyyət göstərdiyindən məmnunluğunu ifadə edən qonaq ölkəmizin dinamik inkişafını və siyasi nüfuzunun günbəgün artdığını bildirib və mütərəqqi yenilikləri, o cümlədən Azərbaycanın brendi olan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini təqdir edərək vurğulayıb ki, belə səmərəli və operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinir. A.Şahtaxtinski, həmçinin məhkəmə və ədliyyə sahəsindəki nailiyyətləri maraqla qarşılayıb, islahatlara dəstək göstərmək üçün müxtəlif layihələrin keçirilməsinə dair konkret təkliflər irəli sürüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hüquqşünasların treninqi və s. ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info